Rəsmi xronika
Prezident: Erməni işğalına son qoyduq, haqq-ədaləti bərpa etdik
"İlk növbədə, sizi ürəkdən təbrik edirəm, doğma Qarabağ torpağına qayıtmısınız. Əminəm ki, bundan sonra həyatınızda ancaq sevincli günlər olacaq. O əzab-əziyyət, ədalətsizlik, haqsızlıq arxada qaldı. Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Evlər gözəl təmir olunur, bütün infrastruktur - yollar, təbii qaz və elektrik enerjisi, su. Ən önəmlisi isə siz doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız - siz və sizin davamçılarınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti bərpa etdik, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq. Bunu mərhələli yollarla etdik".
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 15-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüş zamanı deyib.
Dövlət başçısı deyib: "Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi başa çatanda hələ ki, biz bu bölgəyə nəzarət etmirdik. Bunun səbəblərini də bilirsiniz. Ancaq 2020-ci il noyabrın 10-dan ta 2023-cü il sentyabrın 19-na qədər bizim bir məqsədimiz var idi - ölkə suverenliyini tam bərpa etmək. Bunu da etdik, erməni işğalına son qoyduq, separatçılığa son qoyduq, haqq-ədaləti bərpa etdik və indi qurub-yaradırıq.
-
Nida Xəbər 11:26Ukrayna dronla hücum etdi: Azərbaycanın 5 vətəndaşı həlak oldu
-
İdman11:12Xameneidən tələb edirlər: Buna icazə verir - Tehranda nə baş verir?
-
Dünya11:06Nazirin son günləri: Rusiyaya hücum çağırışı başına bəla oldu
-
Nida Xəbər 11:00Leyla Əliyeva WED-lə bağlı paylaşım etdi - VİDEO
-
Dünya10:42Özgür Özəlin yeni partiyasının adı bəlli oldu - İmamoğlu ilə...
-
Sağlamlıq09:12Ürəyinizin sağlamlığı üçün bu meyvəni səhər yeməyinə əlavə edin - Həkim tövsiyəsi
-
Magazin209:00Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya08:40Robot fırlanaraq uşağa zərbə endirdi - ANBAAN VİDEO




















.png)













