Dünya
Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
ABŞ-ın Sent-Con adasının şimal sahilində yerləşən Trank-Bey çimərliyi 2026-cı ildə dünyanın ən yaxşı çimərliyi elan edilib.
Publika.az xəbər verir ki, reytinq cədvəli Beach.com saytı tərəfindən tərtib olunub.
Məlum olub ki, mütəxəssislər turistlərə məhz bu yeri ziyarət etməyi daha çox tövsiyə edirlər. Trank-Bey sahillərində dəniz suyu parlaq firuzəyi rəngə çalır, orada istirahət şəraiti isə ideal hesab olunur.
"O, heyrətamiz dağ mənzərəsi fonunda milli parkda yerləşir. Bundan əlavə, siz mükəmməl uyğunluq – yumşaq ağ qum və inanılmaz firuzəyi su əldə edirsiniz", - deyə ekspertlər qeyd ediblər.
Reytinqin ikinci pilləsində Yunanıstandakı Elafonisi çimərliyi qərarlaşıb, üçüncü sıranı isə Providensiales adasındakı (Törks və Kaykos) Qreys-Bey tutub.
Daha əvvəl Kassandra yarımadasındakı yunan sahil zolağı Avropanın ən gözəl çimərliyi adlandırılmışdı. Şəffaf firuzəyi suyu və şam ağacları ilə əhatə olunmuş yumşaq qızılı qumu səbəbindən bu yeri tez-tez "mavi laqun" adlandırırlar.
Hüseyn İbadlı
-
İdman03:13İngiltərədə ağlasığmaz qol vuruldu - VİDEO
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
































