Rəsmi xronika
İlham Əliyev Niderlandın Baş naziri ilə görüşdü - FOTO/YENİLƏNDİ
Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşü olub.
Publika.az xəbər verir ki, Niderlandın Baş naziri Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələrlə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdıraraq, bunun mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Prezident İlham Əliyev də öz növbəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanla Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinin və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sənədin regional sülh baxımından əhəmiyyətinə toxundu, iki ölkə arasında artıq sülhün mövcud olduğunu qeyd etdi.
Görüşdə Niderland şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi vurğulandı, bunun gəmiçilik, limanların qurulması, elektrik sənayesi, kənd təsərrüfatı, şəhərsalma və digər sahələri əhatə etdiyi qeyd olundu.
Söhbət zamanı Azərbaycanla Niderland arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
Niderlandın Baş naziri ölkəmizdə COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı və həmin tədbir çərçivəsində beynəlxalq iqlim gündəliyi ilə əlaqədar ciddi nəticələrin əldə olunduğunu qeyd etdi.
xxx
17:37
Kopenhagendə oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Şuf ilə görüşü olub.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
-
Magazin203:13Di Kaprionun sevgilisi jurnal üçün çılpaq pozalar verdi - FOTO
-
Avropa00:15Zelenski Putinə açıq məktub yazdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir insan daxili dünyanızda yeni hisslər oyada bilər
-
ABŞ4 İyun 23:50Mask planetin ilk trilyonçusu olacaq
-
Magazin14 İyun 23:36Oğluna dördüncü dəfə Laçında toy etdi
-
İdman4 İyun 21:48Ayxan Abbasov: “Belə söhbətlərə qarışa bilmirik”
-
Magazin14 İyun 20:48Ölüm xəbərindən sonra onu bağışladığını açıqladı
-
İdman4 İyun 20:12Şəxsi təyyarə ilə Liverpula gəldi - Yaxın saatlarda…
























.jpg)













