Rəsmi xronika
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperi qəbul edib.
Publika.az xəbər verir ki, qonaq Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dair əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı bu məsələdə Prezident Donald Trampın xüsusi rolunu qeyd edib. Vaşinqtonda imzalanmış sənədlərin regionun inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını deyib.
Söhbət zamanı son dövrlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı məmnunluqla qeyd edilib, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?













.jpg)











.jpg)










