Rəsmi xronika
Onlar gömrük ödənişlərini hissə-hissə ödəyə biləcəklər
Sahibkarlıq subyektləri gömrük ödənişlərini hissə-hissə ödəyə biləcəklər.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini tapıb.
“Etibarlı Tərəfdaş Konsepsiyası” etibarlı tərəfdaşlara münasibətdə gömrük ödənişlərinin hissə-hissə ödənilməsi, dəstək proqramlarının hazırlanması, etibarlı tərəfdaşlıq üzrə mütəxəssislərin formalaşdırılmasına kömək göstərilməsi, maarifləndirmə işinin aparılması kimi tədbirləri əhatə edəcəkdir. Bu mexanizmin tətbiqi gömrük prosedurlarının sadələşdirilməsi üzrə öhdəliklərin icrasını təmin etməklə yanaşı, etibarlı tərəfdaşlar üçün yeni imkanlar yaradan əlverişli mühit formalaşdıracaqdır. Buna müvafiq olaraq, risklərin etibarlı idarə edilməsini təmin edən gömrük nəzarətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılacaq.
Qeyd edilib ki, etibarlı tərəfdaşlıq normativ hüquqi aktların tələblərinə riayət edən və dövlət tərəfindən onlara verilmiş imkanlardan istifadə edən gömrük–biznes münasibətlərində etimad qazanmış iqtisadi subyektlər üçün xarici ticarət sahəsində idarəetmənin optimallaşdırılmasına şərait yaradacaq, “özünüqiymətləndirmə” institutunun inkişafına, yəni biznes öhdəliklərinin və biznes dəyərlərinin qarşılıqlı təhlilinə təkan verməklə, iqtisadi səmərəliliyin yüksəldilməsinə müsbət təsir göstərəcək.
Konsepsiyanın əsas məqsədi sahibkarlıq subyektlərinin maraqlarının qorunması, onların gəlir sahələrinin artırılması və ticarətin asanlaşdırılmasında gömrük xidmətlərinin modernləşdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsidir.
Konsepsiya, biznes subyektlərinin gözləntiləri, ehtiyacları və tələbləri nəzərə alınmaqla, dövlət orqanları (qurumları) tərəfindən etibarlı tərəfdaşlığa dair tədbirlər planının müəyyən edilməsinə imkan verəcək.
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
















.jpg)





















