Rəsmi xronika
İlham Əliyev Adebayo Oqunlesini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də qlobal infrastruktur investisiya idarəetmə şirkəti "Global Infrastructure Partners"in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ilə "Global Infrastructure Partners" şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirərək, Fondun şirkətlə birgə "Italo" sürətli dəmir yolu operatoru və London Qatvik hava limanı üzrə həyata keçirdiyi investisiyaların uğurlu əməkdaşlıq nümunələri olduğunu dedi. Ölkəmizin uzunmüddətli inkişaf strategiyasına toxunan dövlətimizin başçısı bu xüsusda "Global Infrastructure Partners" ilə tərəfdaşlığın əhəmiyyətini vurğuladı.
Adebayo Oqunlesi ARDNF ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini deyərək, şirkətin idarə etdiyi fondlara yatırdığı sərmayələrin iki qurum arasında etibarlı tərəfdaşlıq modeli formalaşdırdığını bildirdi.
Qonaq rəhbərlik etdiyi şirkətin hava limanlarının, logistika və nəqliyyat dəhlizlərinin optimallaşdırılması, enerji, o cümlədən bərpaolunan enerji üzrə beynəlxalq təcrübəyə malik olduğunu vurğulayaraq, enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıqda marağını ifadə edib.
Görüşdə şirkətin müxtəlif infrastruktur istiqamətlərində həyata keçirdiyi layihələr, qlobal enerji keçidi fonunda formalaşan yeni tendensiyalarla bağlı fikir mübadiləsi aparıldı, süni intellekt texnologiyalarının tətbiqi üzrə beynəlxalq təşəbbüslərdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Qeyd edək ki, 2006-cı ildə yaradılan və 2024-cü ildə dünyanın ən böyük fəal idarəetmə şirkəti olan "BlackRock" tərəfindən satın alınan "Global Infrastructure Partners" hazırda təxminən 189 milyard ABŞ dolları məbləğində aktivləri idarə edir. "BlackRock" isə hazırda təxminən 14 trilyon ABŞ dollarına yaxın həcmdə aktivləri idarə etməklə, qlobal investisiya bazarında aparıcı mövqeyini qoruyur.
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
















.jpg)





















