Şəkər xəstələri üçün ən faydalı qidalar
Bizi izləyin

Sağlamlıq

Şəkər xəstələri üçün ən faydalı qidalar

Şəkərin səviyyəsi qanda daim yüksək olarsa, orqanizmin bir çox orqan və sistemlərində (böyrəklər, gözlər, qara ciyər, ürək-damar, sinir sistemi və s.) müxtəlif xəstəliklər yaranacaq. Şəkərin qanda çox yüksək səviyyədə olması isə insanın komaya düşməsinə səbəb ola bilər.

Pəhriz şəkərli diabet xəstələrinin müalicəsində ən önəmli rollardan birini oynayır. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilməz.

Xəstə mütləq və dəqiq bilməlidir ki, hansı qidaları qəbul edə bilər, hansı qidaları istehlak etmək qadağandır. Bu qaydalara ömrünün sonuna kimi ciddi riayət etməlidir. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür.

Publika.az diabet xəstəliyi olan insanlara yaxşı təsir edən qidaların siyahısını təqdim edir:

Sarımsaq: Təbii antioksidant olan sarımsağın faydalarını saymaqla bitmir. Qanı təmizləməsi və qaraciyərin ən yaxşı dostu olması ilə yanaşı, təzyiqi də tarazlaşdırır. Sarımsaq qan şəkərini aşağı salır və mədəaltı vəzindən insulin ifrazını azaldır. Bu səbəblə xüsusilə şəkər xəstələrinə gündə 3 diş çiy sarımsaq yemələri məsləhət görülür.

Süd: Süddə olan yağ turşuları qan şəkərini aşağı salan xüsusiyyətə malikdir. Hər səhər və axşam bir stəkan süd içmək qan şəkərini aşağı salır.

Ənginar: Qanda olan şəkərin yüksəlməsinin qarşısını alır. Bu səbəbdən ənginar şəkər xəstələrinin mətbəxində mütləq olmalıdır. Həmçinin xərçəng hüceyrələrini də məhv edir.

Darçın: Darçın şəkəri aşağı saldığı kimi insulini də aşağı salır. Şəkər xəstələri üçün təbii dərman kimidir. Ümumiyyətlə, çubuq darçını çaya töküb içmək faydalıdır.

Lobya: Lobya qlisemik indeksi ən aşağı olan tərəvəzdir. Bu səbəbdən lobya yeyəndə qan şəkəri qalxmır, hətta şəkəri tarazlıqda saxlayır. Bir sözlə, lobya şəkər xəstələri üçün ən mühüm qida maddələrindən biridir.

Yer fıstığı: Yer fıstığı qan şəkərinə qarşı olduqca təsirlidir. Xüsusən, yer fıstığı əzməsi qan şəkərini aşağı salan təsirə malikdir. Hər gün 1 xörək qaşığı yer fıstığı əzməsi yemək kifayətdir.

Çay: Aparılan araşdırmalar qara çayın qan şəkərini aşağı saldığını ortaya çıxarıb. Şəkər xəstələri gündə 3 fincan qara çay içməlidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm