Sağlamlıq
Çox su içmək insanı komaya sala bilər
London Kral Kolleci hospitalının mütəxəssisləri xəbərdar edirlər ki, çoxlu su içmək olmaz.
Publika.az xəbər verir ki, artıq maye sağlamlıq üçün təhlükəlidir. Bunun üçün uroloqun tövsiyəsi ilə çoxlu (hər 30 dəqiqədə 200 millilitr) su içən 59 yaşlı qadının başına gələn hadisə nümunə gətirilir.
Sidik sistemini “yumaq” istəyən qadın qanda duzun təhlükəli səviyyəsi ilə (qanda duzun anormal aşağı səviyyəsi qeydə alınan ölüm göstəriciləri təqribən 30 faizdir) xəstəxanaya çatdırılıb. Onda ürəkbulanma, qusma və başağrısı qeydə alınıb. Nəticədə koma və hətta ölüm ola bilərdi.
Belə olan hallarda, həkimlər adətən gündə yalnız bir litr su içməyi tövsiyə edirlər. Yeri gəlmişkən, MDMA qəbul edən və ya dözümlülüyü artırmaq üçün ciddi məşq edən adamların qanının tərkibində də duzların səviyyəsinin anormal dərəcədə aşağı olması müşahidə edilir.
Maraqlıdır ki, su içmək üçün dəqiq tövsiyə yoxdur və ola da bilməz, axı tələbat fərdidir. Orqanizmin suya tələbatının yeganə göstəricisi susuzluqdur. (azərtac)
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı
-
Rəsmi xronika16:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”