Sağlamlıq
Zeytun yağı infarktın profilaktikasına kömək edir
Zeytun yağı Avropa zeytununun meyvəsindən alınır. Müalicəvi xüsusiyyətlərə malik olan zeytun yağı ürək-damar xəstəliklərində profilaktik effekti ilə tanınır. Xüsusilə infarktın və kəskin beyin qan dövranının pozuntularının profilaktikasına kömək edir.
Publika.az xəbər verir ki, zeytun yağının unikal xüsusiyyətləri var. O, mədəaltı vəzisinin və mədənin funksiyalarını yaxşılaşdırır. İşlətmə təsiri olduğu üçün bəzi həkimlər qəbizlikdə zeytun yağı qəbul etməyi məsləhət görürlər. Babasilin müalicəsi üçün bəzən zeytun yağı təyin edilir. Zeytun yağı öd ifrazına da kömək edir, öd kisəsi olmayan və öddaşından əziyyət çəkən insanlar üçün ideal vasitədir.
Zeytun yağının tərkibində çoxlu sayda vitamin və antioksidantlar var. Buna görə o, cavanlaşdırıcı təsirə malikdir. Məhz bu səbəbdən yaşlı kişi və qadınların zeytun yağından istifadə etməsi tövsiyə olunur.
Qeyd edək ki, zeytun yağı pəhriz məhsullarından sayılır. Salatlar üçün təmizlənməmiş və soyuq halda sıxılmış ekstra markalı yağlardan istifadə olunur. Birinci yeməklər üçün isə təmizlənmiş zeytun yağı münasibdir. (AZƏRTAC)
-
Hadisə23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi