Sağlamlıq
İnsan orqanizmi üçün ən zərərli giləmeyvə
ABŞ alimləri bir çox giləmeyvə, tərəvəz və meyvənin tərkibini yoxlayaraq onlardan hansının insan orqanizminə daha çox zərərli olduğunu müəyyən ediblər.
Tədqiqatlar göstərib ki, çoxlarının sevdiyi çiyələk pestisidlərlə doludur. Məhz bu giləmeyvə sağlamlıq üçün ən təhlükəlidir. Bu barədə AZƏRTAC “Mir novostey” saytına istinadla xəbər verir. Tədqiqat müəlliflərinin fikrincə, tərkibində olan zərərli maddələrin miqdarına görə ikinci yerdə ispanaq və alma gəlir. Bundan başqa, mütəxəssislər armudu və şaftalını, habelə üzüm, kərəviz, albalını orqanizm üçün zərərli meyvə hesab ediblər. Ekspertlərin fikrincə, kartof, şirin bibər və pomidor ən az zərərli tərəvəzdir.
Tədqiqatçılar qeyd edirlər ki, təbii ərzaqların 70 faizi kimyəvi emala məruz qalır ki, bu da son dərəcə təhlükəlidir. Bu, xüsusilə uşaqların sağlamlığı üçün zərərli ola bilər (mövsümlər arasında məhz uşaqlara bu cür məhsullar verilir).
Sağlamlıq üçün təhlükəsiz meyvə-tərəvəz sırasında mütəxəssislər ananas, avokado, kivi, qreypfrut və papayyaya üstünlük verməyi tövsiyə edirlər. Həmçinin soğanı, gül kələmi, badımcan və qulançarı ehtiyat etmədən yemək olar.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu