Sağlamlıq
Külək əsəndə bu uşağın sümükləri sınır - ASQIRANDA DA - - FOTOLAR - VİDEO
Nadir sümük xəstəliyindən əziyyət çəkən balaca qız həyat eşqini itirmir.
Zoyanın atası Kertis Qur 28, anası Çelsi Lush isə 27 yaşındadır. 6 yaşlı Zoya Lush ana bətnində olanda bir neçə sümüyü artıq sınmışdı. Zədələnməyən təkcə körpücük sümüyü idi.
Publika.az Daily Mail-a istinadən xəbər verir ki, sümük toxumaları inkişafdan qaldığı üçün sümüklərdə bərkimə getmir. Sümüklər o qədər incə və kövrəkdir ki, sərt hərəkət zamanı, hətta güclü asqıranda da sınırlar.
Zoyanın anası Celsi 20 yaşında hamilə qalıb. Həkimlər əvvəlcədən uşağın xəstə olduğunu desələr də qadın övladını tələf etməyib.
1 yaşına qədər Zoyanın təxminən 100 sümüyü qırılıb.
Körpücük sümüyü zədələnən qızın onurğa sütununu stabilləşdirmək üçün 2016-cı ilin iyun ayında cərrahiyə ilə boynuna metal çubuqlar yerləşdiriblər.
Celsi deyir ki, Zoya küləkli havada çölə çıxa bilmir:" Qızımın sümükləri o qədər incədir ki, güclü küləkdən sına bilir".
Həkimlər bu gedişlə Zoyanın çox yaşamayacağını desələr də, ailə ümidini itirməyib. Zoya artıq 7-ci yaş gününü qeyd etməyə hazırlaşır.
Müalicələrini davam etdirən Zoya fizioterapiyalar sayəsində əzələlərini gücləndirərək sümüklərini qorumağa başlayıb.
Bütün bunlara baxmayaraq Zoya böyük qardaşı Feliks ilə rəngarəng oyunlar oynayır, özünü yaşıdlarından fərqli saymır, hər kəslə söhbət edir, dostlaşır.
Anası gələcəkdə hər şeyin daha yaxşı olacağına, Zoyanın bir gün arabadan qalxıb sərbəst yeriyəcəyinə çox inanır.
Könül Cəfərli
-
Hadisə09:36
Vahid Mustafayevin mağazasından 330 minlik saat oğurlandı
-
Region09:16
Paşinyanın komandasında istefa ardınca istefa: Vardanyan da getdi
-
ABŞ09:00
Mask pilotsuz robotaksini TƏQDİM ETDİ: Bu qiymətə olacaq - VİDEO
-
Magazin108:12
Xoşqədəm Almaniyada belə dincəlir - FOTO
-
Magazin105:15
Elşənin verilişindən ilk görüntülər - VİDEO
-
Səhiyyə04:44
Stomatoloji poliklinikadan görün nə oğurladılar - ANBAAN GÖRÜNTÜLƏR
-
Avropa03:13
Daha iki ölkə arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək