Sağlamlıq
Məşhur ürək cərrahı insanı xəstələndirən SƏBƏBLƏRİ AÇDI
Nikolay Mixayloviç Amosov minlərlə insanın həyatını xilas edən böyük alim və tanınmış ürək cərrahıdır. 79 yaşına qədər cərrahiyyə əməliyyatlarını həyata keçirən həkim 89 yaşında vəfat edib.
Publika.az Rusiya mətbuatına istinadən alimin insan sağlamlığı haqqında maraqlı fikirlərini təqdim edir.
Nikolay Mixayloviç özü haqqında:
"Bədən tərbiyəsi mənim üçün həyat prinsiplərindən biridir. Lakin uşaq olanda fiziki inkişaf proqramına əməl etmirdim. Ev təsərrüfatında çevik idim, amma velosipedlə gəzmək, rəqs etmək, üzmək kimi məşğuliyyətləri öyrənməmişdim. Məktəbdə və universitetdə də idman dərslərindən qaçırdım. Müharibədə ilk dəfə radikulit tutması oldu, sonra o, uzun sürən əməliyyatlar nəticəsində tez-tez təkrarlanırdı.
1954-cü ildə lap pis oldu: rentgendə fəqərələrdə dəyişikliklər göründü. Onda 1000 hərəkətdən ibarət öz gimnastikamı hazırladım: hər birini 100-dək təkrarlamaqla 10 hərəkəti yerinə yetirməyə başladım. Bu, çox kömək etdi. Səhərlər qaçış əlavə etdim. Bu sistem yemək məhdudiyyətiylə tamamlandı: 54 kq çəkini ciddi şəkildə saxlayırdım. "Rejim məhdudiyyətləri və yüklənmə" adlı fiziologiya sağlamlığını hazırladım".
Akademik Amosov nə öyrədirdi?
O, hesab edirdi ki, hər hansı xəstəliyə yoluxmusansa, bunda sadəcə özün günahkarsan. O, daha çox tənbəllik və acgözlükdən, bəzən də ağılsızlıq, sağlam düşüncənin olmaması üzündən xəstələnir.
Tibbə ümid etmək lazım deyil: həkim əlinə düşməkdən qorxun! O, bir çox xəstəlikləri müalicə edir, lakin insanı sağlam edə bilməz. O, hətta insana sağlam olmağı öyrədə bilməz.
Sağlam olmaq üçün daimi şəxsi təşəbbüs və böyük səylər lazımdır. Onları heç nə ilə əvəzləmək olmaz. Xoşbəxtlikdən, insan bədəni o qədər mükəmməl qurulub ki, sağlamlığını zamanla bərpa edə bilər. Lakin lazımi səylər yalnız qocalıq və xəstəliyin ağırlaşması səbəbindən artır.
Sağlamlığın dörd şərti var:
1. Fiziki məşqlər
Hər gün 20-30 dəqiqə bədən tərbiyəsi ilə məşğul olmaq kifayətdir.
2. Qidalanmada məhdudiyyət
Özünü bir çox qidadan məhdudlaşdırmaq lazımdır.
Qidalanma mövzusuna xüsusi diqqət yetirin. Nə qədər və nə yediyiniz çox vacibdir. Vitamin, mikroelementlərin və digər bioloji maddələrin müstəsna rolu var, onları yalnız təzə meyvə və tərəvəzdən almaq olar. Ən minimum doza gündə 300 qram, maksimum 1 kq-dır. Çeşid nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Çiy tərəvəzləri çox qaynatmayın. Kulinariya emalı vitaminləri məhv edir.
3. Sağlamlığı möhkəmləndirmək
Çəki ilə boy balansını saxlayın. Həkimlər xəstəliyi sağalda bilər, amma siz yalnız öz səylərinizlə sağlam ola bilərsiniz. Şikayətlərə son verin, xəstəlik keçib getdi. Güclənmək lazımdır!
4. Vaxt və istirahət bacarığı.
Dincəlməyi bacarmaq lazımdır.
Yağlar haqqında
Doqquz qram yağın tərkibində kalori miqdarı çoxdur. Piy təmiz halda lazım deyil. Yağ və ya salonu adi halda yemək olmaz. Hətta ət, çörək və süddə kifayət qədər yağ var. Orqanizm karbohidrat və zülallardan yağları sintez edir.
Yağlar xolesterin şəklində damarlarda tıxana bilər. Sklerozun qarşısını yalnız aclıq və bədən tərbiyəsi ala bilər. Amma beyin damarlarının sklerozudursa, bu halda dərmanlar mütləqdir.
Zülallar haqqında
İnsan dəyərli zülal olmadan yaşaya bilməz. Milyon illər boyu insan oğlu tərkibində əvəzolunmaz amin turşuları olan heyvani zülalları istifadə etməyib. Vegetarianların fiziki göstəricilərində heç bir qüsur yoxdur. Bundan başqa, artıq zülalları orqanizm tam həzm edə bilmir, zülallar çürüntü məhsulları çox qoyurlar, maddələr mübadiləsini sürətləndirir ki, bunu da faydalı adlandırmaq olmaz. Zülallara qapılmaq lazım deyil.
Karbohidratlar barədə
Şirniyyat çox qəbul etsəniz, çəkini normada saxlaya bilməyəcəksiniz. Karbohidratlar lazımdır, amma karbohidrat mənbəyini şirin meyvə və ya taxıl kimi məhsullardan seçin. Heç bir halda təmiz şəkər qəbul etmək olmaz, çünki bu, kimyəvi elementdir, 1 qram qənd 4 kaloridir.
Təzə meyvə və tərəvəz şirələri çox faydalıdır: Bunu qeyri-məhdud miqdarda içmək olar, mütləq müxtəlif olmalıdır. Şorabalarla ehtiyatlı olmaq lazımdır, xüsusilə uzun müddət duzlu suda qaynayan tərəvəzlərdən.
Tibb haqqında
Tibb xəstəliyin müalicəsini aparır, amma ildən-ilə xəstələrin sayı çoxalır. Həkimlər həblərin qüdrətinə inanaraq sanki kor olur. Həkim əsarətinə düşməkdən qorxun! Tibb xəstəliyi sağaltmağa istiqamətlənib, orqanizmin müdafiəsinə deyil. Hərəkət, əzələ fəaliyyəti və qismən aclıq kömək edir ki, insan sağalsın və xəstələnməsin.
Adam möhkəmdir. Dərdlərinin qaynağı işlək funksiyalarını tədricən itirməsi, sosial həyat şərtlərinə cavab verən mütəmadi fəaliyyətinin zəifləməsi və biologiya ilə tərs mütənasiblik təşkil etməsidir. Müasir sivilizasiya sağlam və uzun ömürlü bir insana məhdudiyyətlərdən daha çox imkanlar təklif edir. Onları istifadə etmək lazımdır: çox qida və istidən imtina etmək, fiziki fəaliyyət çatışmazlıqlarının qarşısını almaq və həddindən artıq psixoloji stimulları aradan qaldırmaq.
Aytən
-
Cənubi Qafqaz08:12
Nikol Paşinyanda virus aşkarlandı
-
Dünya08:00
Müəllimdən ALÇAQ HƏRƏKƏT: 13 yaşlı məktəbli qızların...
-
İdman07:30
Qarlı havada buzlu suya da girdi - VİDEO
-
Magazin205:15
Nə dekolte geyindi, nə də mini: tək kürkü ilə gündəm oldu - FOTO
-
Avropa04:44
Ukrayna Şimali Koreya əsgərlərini PUA-larla BELƏ OVLADI - VİDEO
-
Səhiyyə04:14
Xərçəngə qarşı nanovaksin hazırlandı - Özü-özünə "BALTA ÇALACAQ"
-
Magazin103:43
Anar dəbdəbəli evini nümayiş etdirdi - VİDEO
-
Sosial02:12
Azərbaycanda zəhərlənən tələbələrin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO