Sağlamlıq
Bədən şişkinliyini yox edən MƏHSULLAR
Türkiyənin məşhur dietoloqu Melis Torluoğlu bədən şişkinliyini azaltmağın üsullarını izah edib.
Publika.az xəbər verir ki, sağlam qidalanma üzrə mütəxəssis ilk növbədə suyun vacibliyini vurğulayıb.
1. 60 kq çəkidə olan bir fərd gündəlik ən az 60 * 30 = 1800 ml su qəbul etməlidir. Orta hesabla hər gün 2 litrə qədər su içmək vacibdir.
2. İçdiyiniz suyun qələvi olduğundan (ph> 7.0) əmin olun. Gündəlik qəbul etdiyiniz suyun içərisinə qələvi çubuq və ya limon əlavə edərək də qələviliyini təmin edin.
3. Gündəlik menyunuzd ispanaq, tərə, cəfəri, çuğundur yarpağı, brokoli, brüssel kələmi, pərpərən, qulançar kimi tünd yaşıl yarpaqlı tərəvəzlərə və mövsümündən asılı olaraq xiyara daha çox yer verməyə çalışın.
4. Kivi, ananas, zoğal və nar kimi qırmızı rəngli meyvələrdən tez-tez istifadə etməyə çalışın.
5. Duz əvəzinə ədviyyat istifadə edin.
6. Təzyiq probleminiz və ya kafenə qarşı həssaslığınız yoxdursa, hər gün 2-3 fincan yaşıl və ya ağ çay için.
7. Ödəm atıcı smuzilər hazırlayın.
Nar şirəsi
Nar şirəsi ödəmatıcı təsirə malikdir. Amma şəkər xəstələri nar suyu içməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidir.
Ananas
Ananas təbii detoks funskiyasını yerinə yetirən tropik meyvədir. Ananası dilimlərə bölərək və ya suyunu içərək şişkinliyin qarşını ala bilərsiniz.
Yaşıl çay
Bitki çayları arasında yaşıl çayın yeri ayrıdır. Lakin həddən artıq yaşıl çay qəbulu ziyandır. Əks təqdirdə ürək döyüntüləri sürətləndirə bilər.
Qəhvə
Qəhvənin faydaları yəqin ki, çox adam məlumatlıdır. Onun bir müsbət cəhəti də həzmə kömək etməsidir.
Çobanyastığı çayı
Dərman bitkisi olan çobanyastığı çayı həzm prosesini sürətləndirir, eyni zmaanda yuxusuzluğa və stressə qarşı effektivdir.
Razyana çayı
Bir stəkan qaynar suyun içərisinə bir az razyana əlavə etməklə dəmləyəcəyiniz çay həzmə kömək edir və şişkinliyi aradan götürür.
Zəncəfil çayı
Zəncəfil çayı mədənin ağırlığını aradan qaldırmaqla yanaşı, bir çox xəstəliyin dərmanıdır. Bu bitki, həmçinin, qadınlarda mensturasiya ağrılarını bir neçə dəqiqə ərzində aradan qaldırır.
Qatıq
Xüsusilə şam yeməyindən sonra qəbul edilən qatıq tərkibindəki aktiv bakteriyalar sayəsində mədə əzələlərini hərəkətə gətirir və həzm prosesini yüngülləşdirir.
Ədviyyatlar
Çox qəbul etməmək şərti ilə istifadə olunan ədviyyatlar həzmi asanlaşdırmaqla yanaşı, mədə turşuluğunu aradan qaldırır.
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO















.jpg)



















