Sağlamlıq
Alça yedikdən sonra bunu edin
May ayı çoxları üçün alça mövsümünün elan olunması kimi yadda qalır və sevilir.
Publika.az xəbər verir ki, mütəxəssislər alça yedikdən sonra dişləri fırçalamamaq lazım olduğunu deyib.
Təzə meyvə, bəzi bitki mənşəli çaylar, turş və qazlı içkilər, şirin və ya turş yeməklər də dişlərin aşınmasına səbəb olur. Aparılan tədqiqatda məlum olub ki, gündə iki dəfədən çox sitrus meyvələri yeyən insanların dişləri daha az sitrus meyvələri yeyən insanlarla müqayisədə daha çox eroziyaya məruz qalır. Həmçinin qazlı içki və alma sirkəsindən çox istifadə edənlər də risk qrupuna daxil edilir. Qazlı içkilər və turş məhsulların həddən artıq istifadəsi dişlərdə turşu erroziya ehtimalını 4-10 qat arasında daha çox artırır.
Mütəxəssislər bildirir ki, qazlı və turş məhsulların qəbulundan sonra dişləri dərhal fırçalamaq olmaz. Çünki yemək vaxtı dişlərə yapışan artıqlar qısa müddətdə turşuya çevrilir. Yeməkdən sonra dişləri fırçaladıqda turşu ağız içinə yayılır. Bildirilib ki, ağızdakı turşuluq diş minasını yumşaldaraq alt təbəqəni aşındırır, keyfiyyətini aşağı salır və zəiflədir. Beləliklə, dişlər daha asan və tez çürüyür. Dişləri yeməkdən dərhal sonra deyil, 1-2 saat sonra yuyun.
Odur ki, turş alça kimi ərzaqlar yedikdən sonra turşunu neytrallaşdırmaq üçün ağzınızı su ilə yumaq lazımdır. Dişlərinizi təmizləmək ehtiyacı hiss edirsinizsə, ağzınızı çalxalayın və sonra bir stəkan ilıq su için.
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı















.jpg)






















.jpg)
.jpg)
