Sağlamlıq
Bağırsaqlarda parazitləri yox edən 4 MƏHSUL
Helmintlər bağırsaqlarda yaşayan parazit qurdlarıdır. Yumru və lentşəkilli qurdlar bağırsaq qurdlarının ən yayılmış tipidir. Bu parazitlər çox təhlükəlidir və aradan qaldırılmazsa, onlar ciddi problemlər doğura bilər.
Onlar adətən dərman vasitələriylə məhv edilir, amma dərmanlar bəzən effektsizdir və mənfi təsirlərə səbəb ola bilir. Xoşbəxtlikdən bu qurdları məhv edən təbii və heç bir mənfi təsiri olmayan vasitələr var.
Publika.az bu yazıda oxuyucuları bağırsaq parazitlərini məhv edən təbii vasitələrlə tanış edir.
Yerkökü
Yerkökünün bağırsaq parazitlərini məhv etməyə kömək etdiyini bilirdiniz? 2 yerkökükünü səhər buxarda bişirib acqarına yeyin, tezliklə bütün parazitlər yox olacaq. Bonus olaraq yerkökü göz sağlamlığını yaxşılaşdıracaq.
Təzə sıxılmış tərəvəz şirəsi
Çiy tərəvəz şirəsi sağlamlığımız üçün daha böyük üstünlüklərə malikdir. Təzə tərəvəz suları orqanizmi faydalı qida maddələri ilə təmin edir, eyni zamanda qanı toksinlərdən və parazitlərdən təmizləyir. Əgər bağırsaq qurdlarından əziyyət çəkirsinizsə, yerkökü, ispanaq, xiyar, kərəviz suyu için. Bu, sizi parazitlərdən tezliklə xilas edəcək.
Zeytun yağı
Zeytun yağı həzm sisteminə məlhəm kimi təsir edir və çox qısa vaxt ərzində bütün parazitləri öldürə bilər. Qaraqınıq yarpaqlarını bir az zeytun yağı ilə qarışdırın və bu qarışığı balla gündə iki dəfə için. Bütün bağırsaq qurdlarını öldürmək və həzm sisteminin funksiyasını yaxşılaşdırmaq üçün əla üsuldur.
Sarımsaq
Sarımsaq bağırsaq parazitlərini məhv edən və ümumi vəziyyəti yaxşılaşdıra bilən güclü analgetik, antibiotik və antioksidantdır. Bağırsaqlardan qurdları aradan qaldırmaq üçün iki diş sarımsağı bir qədər küncüt yağı ilə qarışdırın. Qarışığı qaynadın, parazitləri tökmək üçün gündə iki dəfə qəbul edin.
Aytən
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































