Sağlamlıq
Artıq gözəllik salonlarına ehtiyac yoxdur: bunları etsəniz... - - FOTOLAR
Son bir neçə ildir ki, təbii və qalın qaşlar dəb olub.
Nazik qaşlara sahibsinizsə, onları qalınlaşdırmaq üçün gününüzü gözəllik salonlarında keçirməyə ehtiyac yoxdur. Bu işin öhdəsindən evdə də gələ bilərsiniz.
Publika.az bu işdə sizə bir neçə bəsit nümunə ilə yardımçı olacaq.
Ekzotik yağ qarışığı
Bu reseptlə təkcə qaşlarınızı yox, həm də kirpiklərinizi qalınlaşdıra bilərsiniz. Kiçik şüşəyə eyni miqdarda Hindistan qozu yağı və kokos yağını qarışdırın. 1 çay qaşığı avokado əlavə edin. Bir fırça vasitəsilə qaşlarınıza çəkin.
Vitamin qarışığı
Bu qarışıq qaşlarınızı qüsursuz və parlaq edəcək. Bərpasına və güclənməsinə yardımçı olacaq. 1 çay qaşığı aloe suyu, 2 çay qaşığı kokos yağı və 2 E vitamini kapsulunu qarışdırın. Yatmadan öncə qaşlarınıza çəkin. Səhər yuyun.
Soğan suyu
Soğan suyu qaş tüklərinin köklərini qidalandırır, uzanmanı sürətləndirir, parlaqlıq verir. Soğan suyu ilə 5 dəqiqə qaşlarınızı masaj edin. Normal qaydada təmizləyin və su ilə yuyun.
Süd maskası
Süd protein, B vitamini, laktoz və kalsiumla zəngindir. Qaşları bərpa edir və qoruyur. Südə pambıqlı çubuğu batırın və qaşlarınıza çəkin. Qurudun və sonra su ilə yuyun.
Limon suyu
Limon saçları və qaşları gücləndirmək və uzatmaq üçün lazım olan dəyərli vitamin və antioksidant qaynağıdır. Lakin tətbiq edəndə gözünüzə diqqət edin. Limon suyuna bir neçə damcı Hindistan qozu yağı da əlavə edə bilərsiniz. Qarışığı 15 gün sərin yerdə saxlayın və yatmazdan əvvəl hər gün qaşınıza çəkin.
Uçucu yağlar
Ən yaxşı nəticə üçün qüvvətləndirici və nəmləndirici xüsusiyyətləri ilə tanınan çay ağacı yağı və lavanda yağı istifadə edə bilərsiniz. Bu yağların üzərinə Hindistan qozu yağı və ya zeytun yağı əlavə etməlisiniz. Qarışığı qaşınıza nazik şəkildə tətbiq edin.
Yumurta sarısı
Yumurta sarısı qaşları uzadan və qüvvətləndirən vitamin və protein qaynağıdır. Bir yumurta sarısını qarışdırın və 15-20 dəqiqə qaşlarınızda saxlayın. Daha sonra yuyun.
Vazelin
Qaşları nəmləndirən, eyni zamanda, güclü təsir edən effektiv vasitədir. Təmiz qaşa kokos yağı, aloe və ya süd qarışdırılmış vazelin çəkin.
Masaj
Təmiz bir makyaj fırçasından istifadə edərək qaşlarınızı aşağı-yuxarı hərəkətlərlə masaj edin. Daha sonra barmaqlarınızla masaj edin. Bu masaj qan dövranını yaxşılaşdıracaq və qida maddələrinin yedirilməsinə kömək edəcək. Eyni zamanda, baş ağrılarını və yorğunluğu azaldacaq.
Düzgün qidalanma
Hər zaman protein, vitamin və amin turşuları ilə zəngin (fındıq, ət, som balığı, meyvə, tərəvəz, yumurta, göyərti və soğan) qidaları qəbul etməyə diqqət yetirin.
Qeyd: Hansı metoddan istifadə edirsinizsə, prosedurları hər gün və ya həftədə ən az bir neçə dəfə təkrar edin. Nəticədən məmnun qalacaqsınız!
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO