Sağlamlıq
Alça yedikdən dərhal sonra bunu etsəniz... - Mütəxəssislərdən xəbərdarlıq
Təzə meyvə, bəzi bitki tərkibli çay kimi sağlam qidalarla yanaşı, turşulu içkilər, turş və ya şirin yerməklər də dişlərdə eroziyaya səbəb olur.
Publika.az xəbər verir ki, aparılan bir araşdırmada gündə iki dəfədən çox sitrus meyvələri yeyənlərin tez-tez bu meyvələrdən yeməyənlərə nisbətən 37 dəfə daha çox diş eroziyası riski ilə qarşı-qarşıya olduğu ortaya çıxıb.
Alma sirkəsi və ya idman edərkən istifadə olunan içkilərdən həftədə bir və ya bir neçə dəfə içənlərlə hər gün qazlı içki içənlər də risk qrupuna aid edilir. Bu vərdişlər dişlərdə turşu eroziyası ehtimalını 4-10 qat çoxaldır.

Mütəxəssislər bildirir ki, yemək yedikdən dərhal sonra dişləri fırçalamaq olmaz. Çünki turş qidalar, idmançılar üçün içkilər diş minasını yumşaldır. Bu qidaları yedikdən dərhal sonra diş fırçalamaq turşunun diş minası üzərindəki təsirini sürətləndirə bilər və alt təbəqəsini aşındırar. Çünki yeməkdə dişlərə yapışan qalıqlar qısa müddətdə turşuya çevrilir. Diş fırçalamaq isə həmin turşunun ağız boşluğuna dağılmasını təmin edir. Turşu diş minasının keyfiyyətini aşağı salır, beləliklə, dişlər daha tez çürüyür. Dişləri yeməkdən dərhal sonra deyil, 1-2 saat sonra fırçalamaq lazımdır. Ən ideal diş fırçalamaq zamanı isə yatmazdan əvvəldir. Turş qidalar yedikdən sonra turşunu dişlərdən uzaqlaşdırmaq üçün əvvəlcə ilıq su ilə ağız boşluğunu qarqara etmək, daha sonra 1 fincan ilıq su içmək lazımdır.

-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!



















.jpg)


















.jpg)
.jpg)
