Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARI
Bizi izləyin

Sağlamlıq

Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARI

Beyinə bənzər bu bitki beyinə və bədəninizdəki demək olar ki, bütün digər orqanlara faydalıdır. “Daily Health Post” iddia edir ki, müntəzəm kələm istifadəsi sağlamlığınızı gücləndirəcək və xəstəliklərin sağalmasına kömək edəcək.

Publika.az oxucuları kələmin inanılmaz fayaları ilə tanış edib.

Kələmin tərkibinə bədənə lazım olan bir çox vitaminlər daxildir: C, E və K vitaminləri; kükürd, beta-karotin, kalium, maqnezium və kalsium. Vitamin C kələmdə bir ədəd portağaldan daha çoxdur. Bu suda həll olunan vitamin bədəndə saxlanmır, odur ki, tarazlığı qorumaq üçün mütəmadi olaraq ondan istifadə etməlisiniz. Vitamin C xəstəliklərin müalicəsi üçün çox vacib olan təsirli bir antioksidandır. Vitamin C immun və sinir sistemlərinə təsir edərək Alzeymer xəstəliyi və xərçəng kimi degenerativ xəstəliklərin inkişafını azalda bilər.

1. Kələm iltihabla mübarizə aparır

Kələmin ən geniş yayılmış komponentlərindən biri də əzələlərdə və ağciyərlərdə toplanan qlutamin amin turşusudur. Qlutamin antiinflamatuar təsir göstərir. Qlutaminlə zəngin qidalar yemək allergiya, oynaq ağrısı, əzələ ağrısı, hərarət və dəri xəstəliklərinin təsirini azalda bilər.

2. Qan təzyiqini aşağı salır

Kələmdəki kalium qan damarlarını açıq və axıcı saxlayır, qan təzyiqini sağlam səviyyədə saxlayır.

3. Sümük sağlamlığını artırır

Kələmin tərkibindəki minerallar sümük möhkəmliyi, osteoporoz və sümüklərin oxşar degenerativ vəziyyətlərinin qarşısının alınması üçün vacibdir.

4. Beyin funksiyasını qoruyur

Vitamin K sinir zədələrindən qoruyur və beyin sağlamlığına kömək edir. Bu vitamin qan laxtalanması və bədəndə müəyyən zülalların yaranması üçün lazımdır. Əsəbləri qoruyur və demans kimi degenerasiya təsirinin qarşısını alır.

Antosiyaninlər kələmin qırmızı olmasına səbəb olur (qırmızı şərab hazırlamaq üçün istifadə olunan qırmızı üzüm antosiyaninlərin başqa bir mənbəyidir). Bu maddə xərçəng riskini azaldan, beyni və bütün sinir sistemini dəstəkləyən zəngin bir antioksidandır.

5. Xərçəngin qarşısının alınması

Antioksidantlar sərbəst radikallardan azad edir. Kələmin tərkibində olan lupeol, sinigrin və sutorafan kimi əlavə təbii kimyəvi birləşmələr isə xərçəng əleyhinədir.

Vanderbilt Universitetində aparılan bir araşdırma göstərib ki, bu tərəvəzi yemək süd vəzi xərçəngində sağ qalmağa imkan verir.

6. Göz sağlamlığı

Kələm göz sağlamlığı və göz kataraktasının profilaktikası üçün lazım olan beta-karotenlə zəngindir.

7. Arıqlamaq, detoksifikasiya, həzm və infeksiyaya qarşı

Yüksək lif tərkibi sayəsində kələm sizi vacib vitamin və minerallarla təmin edir. Onların sayəsində qan və orqanlarda xüsusilə revmatizm, artrit və dəri xəstəliklərinə gətirib çıxaran toksinlər toplanır və xaric çıxarılır.

Bir stəkan qaynadılmış kələmdə cəmi 33 kalori var, odur ki, ac qalmadan çox yeyə və bütün faydalarını ala bilərsiniz. Lif həmçinin mədə-bağırsaq traktının sağlamlığı ilə bağlı problemlərə və vaxtından əvvəl yaşlanmaya, dəri xəstəliklərinə, xoralara və baş ağrısına səbəb olan toksinlərin toplanmasına səbəb ola bilən qəbizlik tezliyini azaldır.

Kələm turşusu həzm sistemində probiotik rolunu oynayan süd turşusunu ifraz edir. Bu turşu antibiotik xüsusiyyətlərinə də malikdir. Kələmdəki kükürd infeksiya ilə mübarizə aparır və yaraların sağalmasını sürətləndirir.

Əksər tərəvəzlərdə olduğu kimi, bişirmə prosesi qidalanma dəyərinin bir hissəsini öldürür, odur ki, çiy halda yemək daha yaxşıdır. Bununla birlikdə, tiroid bezi ilə bağlı problemləriniz varsa, kələm də daxil olmaqla, Kələmçiçəyikimilər fəsiləsinə daxil olan tərəvəzlərdən çəkinməlisiniz, çünki bu orqanizmin işinə mane ola bilər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm