Sağlamlıq
Xərçəngi yox edən möcüzəvi bitki - Bədən boyunca... - VİDEO
Atpıtrağı son illərdə geniş yayılmış bütün xərçəng növləri, revmatizm, artrit və osteoxondroz xəstəliyini müalicə edir.
Publika.az xəbər verir ki, bu faydalı bitki şəkərli diabet, bronxit, sinüzit, qut, sümük sınığı, ateroskleroz, qulaq xəstəlikləri, xroniki koronar çatışmazlığına qarşı olduqca effektlidir. Bu möcüzəvi bitki hepatit xəstəliklərinə də müsbət təsir göstərir. Hətta ən şiddətli Hepatit C atpıtrağının köməyi ilə müalicə edilə bilər.
Atpıtrağı kökü qaraciyər şişlərini, hətta sirozu müalicə edir. Xolesistit, böyrək xəstəliklərini müalicə edir, böyrək və öd daşlarını əridir. O, bütün dəri xəstəliklərində istifadə edilir: yanıqlar, ekzema, yazva, saç tökülməsi, yaralar, sədəf, qırmızı qurdeşənəyi xəstəliyi və s. Bir sözlə, atpıtrağı bir çox dəri xəstəliklərini sağalda bilir.
Atpıtrağı kökü qripi də müalicə edir, temperaturu azaldır. Bitkinin kökü və cökə çiçəklərimdən hazırlanan isti cövhər bədəni tərlədir və temperaturu aşağı salır.
Cövhəri necə hazırlamaq lazımdır?

Atpıtrağı kökü yazın əvvəllərində daha qiymətlidir, ancaq onları payızda da toplaya bilərsiniz. O, ikiillik bir bitkidir. Daha cavan yarpaqları olan bitkinin köklərini istifadə etmək daha təsirli olar. Qurumuş yarpaqları olan bitkinin kökləri faydasızıdır, o, bütün gücünü çiçəklənməyə verib. Onun pıtraqlarını yığıb qaynada və qarqara edə bilərsiniz. Bu, xəstə dişləri və ağrıları rahatlaşdıracaq.
Kökləri qazın, yuyun və qurudun. Bitkinin kökü qalındır, odur ki, kəsilməlidir. Bir qaşıq quru doğranmış kökləri iki stəkan qaynar su ilə qarışdırın. On dəqiqə qaynadın. Dəmlənməsi üçün iki saat gözləyin. Gündə üç dəfə yeməkdən 10-15 dəqiqə əvvəl yarım stəkan süzün və için. Dərmanı yeməkdən əvvəl içdiyiniz zaman qan onu həmən əmir və bədən boyunca daşıyır.
Atpıtrağı kökünün klassik spirtdə məhlulunu hazırlamaq üçün doğranmış 1 stəkan köklərin üzərinə 400 ml araq əlavə edilir. 1 həftə qaranlıq sərin yerdə saxlanılır. Arada çalxalamaq lazımdır. 1 həftə sonra cövhər süzülür. Şüşə qabda soyuducuda saxlanılır. Gündə 10-15 damcı 2 qaşıq suda həll edərək yeməkdən öncə gündə 3 dəfə içilir. Oynaq ağrısı, revmatizm və artroz, ostexondrozda içməklə yanaşı, ağrıyan yerə gecə çəkilir.
Aytən Məftun,
Səsləndirdi: Sevinc Xanqızı
-
Qoroskop00:45Bu bürcləri böyük sürprizlər gözləyir
-
Sosial19 Avqust 22:18Şadlıq evlərindən şikayət: Toylar başlayan kimi rahatlıq tapa bilmirik... - Video
-
Kriminal19 Avqust 21:51Həbs xəbəri yayılan bloqerdən açıqlama
-
İdman19 Avqust 20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19 Avqust 19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19 Avqust 19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial19 Avqust 18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto
-
Region19 Avqust 17:06Rusiya-Gürcüstan sərhədində sıxlıq: 20 min nəfər növbə gözləyir





































