Sağlamlıq
Tez arıqlamaq istəyənlər bu üsulu seçir - HİPOQLİKEMİK PƏHRİZ
Arıqlamaq istəyi xüsusilə yaz ayları yaxınlaşdıqca güclənir. Əlbəttə ki, çoxları mümkün qədər sürətlə çəki atmağa çalışır, bu da həmişə istənilən nəticəni vermir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı dietoloq Anna Kossoviç sübut olunmuş və təhlükəsiz bir üsul təklif edir - hipoqlikemik pəhriz.
Bəs hipoqlikemik pəhriz nədir?
“Hipoqlikemik pəhrizin əsas vəzifəsi istifadə olunan şəkərin miqdarını azaltmaqdır. Və yalnız çayı şirin etmək üçün istifadə etdiyiniz rəfinə edilmiş şəkərdən deyil, ümumiyyətlə şəkərdən söhbət gedir. Bildiyiniz kimi, karbohidratlar sadə (sürətli) və mürəkkəb (yavaş) olur. Çəki itirmək istəyirsinizsə, rasiondakı sadə karbohidratların sayını azaltmalısınız - bunlar makaron, dənli bitkilər və çörəkdir. Onların tərkibində qanda qlükozanın sürətlə yüksəlməsinə və udulmasına, nəticədə aclıq hissinin yenidən qayıtmasına səbəb olan şəkər var. Ancaq mürəkkəb karbohidratlar - tərəvəzlər, paxlalı bitkilər - əksinə, uzun müddət toxluq hissi qazandırır”, - deyə ekspert izah edib.
“Tərkibində şəkər, sorbitol və mannitol kimi qatqı maddələri olan məhsullar rasiondan xaric edilməlidir. Şirniyyat əvəzinə vitamin və liflə zəngin olan meyvələr yemək daha yaxşıdır. Əlbəttə ki, şəkərli diabetə meyliniz varsa, ən az şəkər tərkibli meyvələr seçməlisiniz. Məsələn, əncir, xurma, banan və ya üzümün əvəzinə alma, armud, çiyələk və ya portağal sizin üçün ideal seçim olacaq”, - Kossoviç bildirib.
Qlisemik indeks nədir?
“Karbohidratların rasiondan tamamilə çıxarılmasının mənası yoxdur - onlar bədən üçün zəruridir, çünki enerji mənbəyidir. Əsas məqsədi arıqlamaq olanlara, aşağı qlisemik indeksli məhsullara diqqət yetirmək tövsiyə olunur: qarabaşaq, kələm, arpa, kinoa. Onlar orqanizm tərəfindən daha yavaş sovrulur və tədricən enerji verir. Ancaq narahat olmayın, yalnız pəhriz məhsulları yemək lazım deyil. Ən sevdiyiniz ləzzətli makaronu da “al dente” (spagettini (makaronu) təxminən 12 dəqiqə qaynatmaq) vəziyyətində bişirsəniz, bədən quruluşu üçün daha az təhlükəli ola bilər”, - deyə mütəxəssis qeyd edib.
Aytən Məftun
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır































.jpg)

.jpg)