Sağlamlıq
Yuxu zamanı insan bədənində baş verən 10 MÖCÜZƏVİ DƏYİŞİKLİK
İnsan həyatın təxminən 1/3 hissəsini yuxuda keçirir. Yuxu həyati vacibdir.
Publika.az xəbər verir ki, yuxunun az olması insan sağlamlığına çox ciddi ziyan vurur, bir çox xəstəliklərin, o cümlədən ürək-damar, sinir sistemi, xərçəng xəstəliklərinin riskini artırır. Yuxu zamanı orqanizm həm dincəlir, həm də bərpa olunur, orqanizmdə çox vacib proseslər gedir.
1. Qan dövranı və ürək ritmi yavaşıyır, ürək və damarlar "dincəlir". Xroniki yuxusuzluq, yuxunun az olması ürək və damarları həddindən artıq yükləyir ki, bu da ürək və damarlar xəstəliklərin riskini artırır.
2. Yuxu zamanı arterial təzyiq 5-7 mm c.st. aşağı düşür. Bu səbəbdən yuxunun normal olması hipertoniyanın profilaktikasında mühüm rol oynayır.
3. Eşitmə "işləyir", iybilmə "yatır". Məhz buna görə istənilən güclü səs insan oyada bilər, lakin əksər hallarda yatan insan hətta çox kəskin iyə oyanmır.
4. Onurğa sütunu düzəlir, fəqərə arası disklər dartınır və düzgün vəziyət alır. Bu səbəbdən insanın boyu səhər saatlarında axşamla müqayisədə 0,5-1 sm daha hündürdür.
5. İnsan arıqlayır. Yuxunun kifayət qədər olması piylənmənin profilaktikasında böyük rol oynayır.
6. Dəri cavanlaşır. Kollagenin sintezi artır, oksigen mübadiləsi aktivləşir, dəri hüceyrələrinin yenilənməsi prosesləri stimullaşır, dərinin rəngi yaxşılaşır, kiçik qırışlar hamarlanır.
7. Stress hormonların səviyyəsi azalır. Bu isə həm sinir, həm immun, həm də ürək-damar sistemlərinin sağlamlığı üçün olduqca vacibdir.
8. İmmun sisteminin fəaliyyəti aktivləşir, immun hüceyrələrinin sintezi artır. Məhz bu səbəbdən həkimlər xəstə insana daha çox yatmağı və dincəlməyi tövsiyə edirlər.
9. Beyin gün ərzində qəbul etdiyi məlumatları sistemləşdirir. Yuxu beyinin normal fəaliyyəti üçün çox vacibdir.
10. Cinsiyyət hormonların ifrazı artır. Bu səbəbdən yuxunun az olması kişilərdə potensiyanı və libidonu azaldır.
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi













.jpg)

















.jpg)



