Bu xərçəng növü uzun müddət simptomsuz inkişaf edə bilər
Bizi izləyin

Sağlamlıq

Bu xərçəng növü uzun müddət simptomsuz inkişaf edə bilər

Bu xərçəng növü uzun müddət simptomsuz inkişaf edə bilər

Prostat xərçəngi uzun müddət heç bir simptom vermədən inkişaf edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Terra" nəşrinə müsahibəsində Uroloq Lukas Noqueyra bildirib.

Həkimin sözlərinə görə, xəstəlik uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Lakin sidiyə çıxmaqda çətinlik, sidik ifrazı zamanı narahatlıq, tez-tez tualetə getmək, sidikdə qan, çanaq nahiyəsində ağrı və səbəbsiz çəki itkisi prostat xərçənginin əsas əlamətləri hesab olunur.

Noqueyra bildirib ki, yaş xəstəliyin əsas risk faktorlarından biridir. Bu səbəbdən 55 yaşdan yuxarı kişilərə mütəmadi tibbi müayinədən keçmək tövsiyə olunur.

Uroloq ailəsində prostat xərçəngi olan kişilərin də risk qrupuna daxil olduğunu vurğulayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm