Sağlamlıq
Alimlərdən ŞOK XƏBƏRDARLIQ: mobil telefonlar ölümcül virusun mənbəyidir
Koronavirus, qrip və soyuqdəymə hissəciklərinin ən çox toplandığı əşyalardan biri telefonlardr.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ingilis tədqiqatçılar məlumat yayıb. Bildirilib ki, əlimizdən düşməyən mobil telefonlar koronavirus infeksiyasının mənbəyi siyahısına başçılıq edə bilər. Sauthempton Universitetinin professoru Uilyam Kivilin sözlərinə görə, istədiyiniz qədər əllərinizi yuya bilərsiniz, ancaq bundan sonra smartfonun ekranına toxunmaq infeksiyaların yenidən dərinizə nüfuz etməsinə səbəb olur. Xüsusilə burnunuza və ya ağzınıza toxunsanız, infeksiya riski artacaq.
Ətrafınızda xəstə insanlar öskürəndə və ya asqıranda COVID-19, qrip və ya adi soyuqdəymənin viral hissəcikləri olan tüpürcək damcıları müxtəlif səthlərə yayılır. Həkimlər xəbərdarlıq edir ki, bu viruslar yayıldığı səthlər üzərində "hərəkət edir". Odur ki, əllərinizi yuyub yenidən telefondan istifadə etsəniz, bunun heç bir effekti olmayacaq.
Koronavirusun hər hansı qacetin səthində nə qədər yaşaya biləcəyi əslində açıq sualdır. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bunu müəyyənləşdirmək üçün elmi tədqiqat işlərinin aparılmadığını, eləcə də yeni tip virusun digər səthlərdə yaşaması haqqında konkret məlumatlar olmadığını vurğulayıb.
Yoluxucu xəstəlik mütəxəssisləri bildirib ki, virusdan qorunmaq üçün sadəcə əlləri yumaq təsirli deyil, smartfonları da təmizləmək eyni dərəcədə vacibdir. Antiseptiklər bu baxımdan faydasızdır. Alkoqol əsaslı salfetlər və gellərdən istifadə etmək daha etibarlıdır. Bu yolla qacetlərə yığılan zərərli hissəciklər mexaniki olaraq silinəcək.
Aytən Məftun
-
Hadisə21:15Bilgəhdə 21 yaşlı oğlan dənizdə batdı, 3 nəfər xilas edildi - Yeniləndi
-
Magazin118:36"Oynadığım obraz karmama çevrilib" - Əməkdar artist başına gələnlərdən danışdı
-
Enerji17:51"OPEC+ yeddiliyi"ndən neft hasilatı ilə bağlı mühüm qərar
-
İdman17:28İnfantino 30 milyon dollar maaş alacaqdı - Plan baş tutmadı...
-
Hadisə16:43Səbail polisi tiktokeri saxladı - 8 sutka cəza aldı
-
Hadisə16:25Müğənni Günəş saxlanıldı - Paylaşımlarına görə Psixiatriya xəstəxanasına göndərildi
-
ABŞ14:08Trampın qızının açıq-saçıq fotosu gündəm oldu - FOTO
-
Hadisə13:05Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB












.jpg)








.jpg)

.jpg)






.jpg)







