Sağlamlıq
Kartofun yaşıl olması təhlükəlidirmi?
Bəzi kartoflar rəngini dəyişərək, yaşıllaşmağa başlayır. Bir çoxumuz buna şahid olmuşuq. Bəs kartofun yaşıllaşmağının mənası nədir?
Publika.az xəbər verir ki, günəşdə və ya yüksək rütubətdə uzun müddət saxlanılan kartofun rəngi sarıdan yaşıl rəngə dəyişə bilir.
Belə ki, bu, bütün yaşıl bitkilərdə xlorofilin artdığını göstərir. Kartof qabığının bəzi hissələrində görülən yaşıl rənglər əslində, normaldır. Xlorofil səbəbiylə bitkilərdə belə ləkələr meydana gələ bilər. Ancaq kartofa gəldikdə, solanin maddəsi burada ön plana çıxır.
Bir qismi və ya tam şəkildə yaşıllaşan karofların hamısında solanin maddəsi səbəbindən zəhərlənmə təsiri ola bilər. Kartofdakı yaşıl rəng artdıqca, zəhərlənmə riski də artır. Kartofun yaşıl rəngli hissələrində olan solanin maddəsinin əmələ gəlməsi əvvəlcə qabıqdan başlayır. Zamanla dərinləşir və kartofun hamısını əhatə edir.
İnsanlarda solanin zəhərlənməsinin reaksiyaları - baş ağrısı, mədə narahatlığı, ishal və qusmadır. Şiddətli mənfi reaksiyalara - iflic, koma və ya halüsinasiya daxildir.
Kartof tamamilə yaşıllaşıb, tam cücərirsə və ya dadı acıdırsa, onu birbaşa zibil qabına atmaq faydalıdır. Yaşıl nöqtələr kiçikdirsə, bıçaqla həmin hissəni kəsib, istifadə edə bilərsiniz. Kartofun yaşıllaşmasının qarşısını almaq üçün onu qaranlıq və sərin yerdə işıqdan uzaq saxlaya bilərsiniz. Qaranlıq bir yer tapmadığınız təqdirdə, üzərini kağız ilə örtməyə çalışın.
Məhərrəm
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































