Sağlamlıq
Uşaqlarda koronavirus simptomları AŞKARLANDI
Bir qrup elm adamı, COVID-19 olan uşaqlarda nadir simptomları araşdırıblar.
Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, tədqiqatçılar uşaqların mərkəzi və periferik sinir sisteminə təsir edən nevroloji dəyişikliklərə məruz qala biləcəyini müəyyən ediblər.
İlk dəfə olaraq nevroloji pozuntular haqqında ingilis tibb elimləri doktoru Omar Abdel-Mannan məlumat verib. O, COVID-19 olan uşaqlarda nevroloji problemlərin bir neçə halını təsvir edib.
Tədqiqatda 27 COVİD-19 xəstəsi iştirak edib. Tədqiqatçılar koronavirusdan əvvəl heç bir sağlamlıq problemi olmayan dörd xəstənin (14,8%) ensefalopatiya, baş ağrısı, əzələ zəifliyi və reflekslərin azalması daxil olmaqla yeni nevroloji simptomların ortaya çıxdığını tapıblar.
Müalicə üçün həmin 4 xəstə reanimasiya şöbəsinə yerləşdiriliblər. Beynin maqnit rezonans tomoqrafiyası zamanı dörd xəstənin hər birində dəyişikliklər müşahidə olunub.
Xəstələrin üçündə elektroensefalografiya aparılıb və onlarda aktivliyin zəifləməsi aşkar edilib. Sinir keçiriciliyi üçün sınaqdan keçirilmiş hər üç xəstədə yüngül miyopatik və nöropatik dəyişikliklər müşahidə edilib.
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu












.jpg)






.jpg)

















