Sağlamlıq
Temperaturunuz axşam yüksəlirsə, DİQQƏTLİ OLUN!
Axşam saatlarında bədən hərarətinin artması fizioloji və patoloji səbəblərdən ola bilər.
Publika.az xəbər verir ki, bu barədə terapevt, kardioloq, endokrinoloq Tatyana Romanenko rus mətbuatına müsahibəsində məlumat verib. Onun sözlərinə görə, 0,4 dərəcə artım norma hesab olunur.
“Temperatur 37,5 səviyyəsinə qalxıbsa, bunun səbəblərini müəyyənləşdirməlisiniz. Fizioloji amillər arasında fiziki fəaliyyət, isti yemək və ya müxtəlif dərmanlar, hamiləlik, ovulvasiya və spirtli içkilər ola bilər. Patoloji amillər arasında ən çox yayılanı ümumi soyuqdəymədir. Hərarət hormonal disbalans və ya tiroid problemlərinin əlamətləri arasında da göstərilir. Bədən istiliyinin axşamlar qalxmasının üçüncü səbəbi isə xərçəng ola bilər.
Temperaturun müntəzəm artmasına səbəb ola biləcək dördüncü amil termonevrozdur. Stress və ya gərginlik, habelə sinir sisteminin işində pozğunluq fonunda narahatlıq baş verir.
Əgər temperaturun artması nadir hallarda baş verərsə, deməli, bu yalnız fiziologiya məsələsidir, amma hərarətiniz müntəzəm olaraq yüksəlirsə, bu, ehtiyatlı olmaq və həkimə müraciət etmək üçün bir səbəbdir”, - həkim izah edib.
Aytən Məftun
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir





































