Sağlamlıq
Əncir yedikdən sonra 1 stəkan su içmək nəyə faydalıdır?
Əncir A, E, K vitaminləri və sağlamlıq üçün vacib olan kalium, kalsium və antioksidant kimi minerallarla zəngin meyvədir.
Publika.az xəbər verir ki, dietoloq Melike Şeyma Deniz əncir yedikdən sonra bir stəkan su içməyi tövsiyə edib. Mütəxəssis qeyd edib ki, qan təzyiqi balansı üçün iki vacib mineral: natrium və kalium əncirdə boldur:
“Xüsusilə meyvə-tərəvəz az yeyən, daha çox hazır yeməklərə üstünlük verən insanlarda natriumun miqdarı artdığı halda kalium çatışmazlığı görülə bilər. Belə qidalanma hipertoniyaya, başqa sözlə, yüksək qan təzyiqinə səbəb ola bilər. Kaliumla zəngin olan əncir qan təzyiqini balansda saxlamağa kömək edir. Eyni zamanda tərkibindəki sellüloza sayəsində bağırsaqların işini yaxşılaşdırır və şirniyyat istəyinin nəzarətdə saxlanmasına təsir edir. Əncir yedikdən sonra bir stəkan su içməyi unutmayın. Çünki əncirdən sonra içdiyiniz su bağırsaqlarınızı daha təsirli işlədir”.
Dietoloq əlavə edib ki, əncir zəngin antisionin tərkibi sayəsində kollagen istehsalını artırır və dəri sağlamlığına təsir göstərir. Beləliklə, qocalma əleyhinə də effektivdir.
Həm təzə, həm də qurudulmuş əncir sellüloz və antioksidantlarla zəngindir, hər iki şəkildə yeyilə bilər. Lakin mövsümdə təzə yetişmişini yemək su və şəkər balansı baxımından əhəmiyyətlidir.
Aytən Məftun
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO














.jpg)




















