Sağlamlıq
Həkimlərdən D vitamini təhlükəsi barədə XƏBƏRDARLIQ
Mütəxəssislər bildirir ki, D vitamini koronavirusla mübarizədə olduqca təsirlidir, lakin bəzi hallarda xəstələrin həyatını təhlükəyə ata bilər.
Publika.az xəbər verir ki, bu barədə allerqoloq və immunoloq Vladimir Bolibok ilə Marina Apletayeva məlumat verib. Onların sözlərinə görə, dərmanı həkim nəzarəti olmadan qəbul etmək ciddi fəsadlara səbəb ola bilər. Ekspertlər immun çatışmazlığı və xroniki xəstəliklərə günəşin bütün ilboyu olduğu ölkələrdə də rast gəlindiyini xatırladıblar:
“D vitamini günəşin təsiri altında dəridə istehsal olunur. D vitamininin rolu çox şişirdilib. Bu çatışmazlıq insanın ümumi vəziyyətini pisləşdirmir”.
Marina Apletayeva qeyd edib ki, D vitamini həqiqətən immun sistemini hərəkətə gətirə bilər. Bununla birlikdə, D vitamini makrofaqların istehsalına kömək edir, bunlar da öz növbəsində yalnız bakteriyalara qarşı təsirli olur, viruslarla mübarizə aparmaq üçün leykositlərə ehtiyac var.
Allerqoloq D vitamininin faydalarını yalnız kompleks təsirlərlə, məsələn, günəş vannası və yağlı balıq yeyilməsi ilə birlikdə əldə edildiyini xatırladıb. Faydalı maddənin çox olması da zəhərli təsirlərə səbəb ola bilər. Mütəxəssis çatışmazlığın olub-olmadığını müəyyənləşdirmək və optimal dozanı hesablamaq üçün həkimə müraciət etməyi tövsiyə edib.
Bolibok D vitamininin antioksidant olduğunu desə də, böyük dozalarda qəbul etməyin gözlənilən nəticəni verməyəcəyini, həm də bədənə zərər verə biləcəyini vurğulayıb.
“Əvvəllər hər kəs zəncəfil istifadə edirdi. İndi insanlar D vitamini içirlər. Ancaq nəzarətsiz istifadəsi böyrək daşları xaricində heç nəyə zəmanət verə bilməz”, - həkim yekunda bildirib.
Aytən Məftun
-
Rəsmi xronika14:47
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - Yeniləndi
-
Qoroskop14:00
Ən təhlükəli 4 bürc - Özünüzü onlardan qoruyun
-
İdman12:36
Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
-
Nida Xəbər 10:58
Ziya Məmmədovun oğlu ziyana düşdü: 1,4 milyon manat...
-
ABŞ09:13
Məxfi Xidmətdə böhran: İşçilər kütləvi surətdə gedirlər - Səbəb bəllidir
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"