Sağlamlıq
ABŞ Qida və Dərman İdarəsi türk professorun koronavirus peyvəndini təsdiqlədi
ABŞ Qida və Dərman İdarəetmə Mütəxəssislər heyəti türkiyəli professor Uğur Şahinin icraçı direktoru olduğu alman biotexnologiya şirkəti “BioNTech” ilə amerikan dərman şirkəti “Pfizer”-in birlikdə inkişaf etdirdiyi koronavirus peyvəndinin istifadəsinə icazə verib.
Publika.az xəbər verir ki, peyvənd artıq İngiltərə və Kanadada təsdiqlənib.
Müstəqil ekspertlərdən ibarət ABŞ Qida və Dərman İdarəsi (FDA) məsləhət şurası uzun davam edən iclasdan sonra səsvermədə peyvəndin təcili istifadəsi üçün FDA-ya səlahiyyət verib.
Əyalətlərə paylanması gözlənilir
Tənzimləmə şurasının ölkədəki ilk Covid-19 peyvəndi üçün təsdiqindən sonra FDA-nın peyvəndlə bağlı rəsmi təsdiqləmə prosedurunu tamamlayacağı və bu gündən etibarən əyalətlərə paylanmağa başlayacağı gözlənilir.
Birinci mərhələdə 3 milyon adama peyvənd vurulacaq
Bu ayın sonuna qədər 6.4 milyon doza peyvəndin və iki doza peyvəndinin paylanması səbəbindən ilk mərhələdə 3 milyon insanın əhatə olunması planlaşdırılır.
İlk növbədə səhiyyə işçilərinə və yaşlılara peyvənd vurulması planlaşdırılır
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alma Mərkəzləri (CDC) bildirib ki, peyvənddə prioritet səhiyyə işçilərinə və qocalar evlərində yaşayan yaşlılara veriləcək. Lakin bu mövzuda son qərarın əyalət hökumətlərinə aid olduğunu da əlavə edib.
Xatırladaq ki, FDA 8 dekabr tarixindəki ilk açıqlamasında Pfizer və BioNTech tərəfindən hazırlanmış Covid-19 peyvəndinin təhlükəsizliyi və effektivliyini təsdiqləyib, 95 faiz təsirli olduğu qeyd edilib. İlk dozadan təxminən 10 gün sonra Covid-19-a qarşı güclü qoruma təmin etdiyi bildirilib.
Aytən Məftun
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?