COVID-19 peyvəndi bu şəxslərdə yan təsirə səbəb oldu
Bizi izləyin

Sağlamlıq

COVID-19 peyvəndi bu şəxslərdə yan təsirə səbəb oldu

“Pfizer” və “BioNTech” şirkətlərinin hazırladığı COVID-19 peyvəndi vaksinasiya aparılan 2 nəfərdə yan təsirə səbəb olub.

Publika.az xəbər verir ki, ABŞ-da ötən həftə təcili istifadəsinə icazə verilərək səhiyyə işçilərinə vurulan peyvənd allergik reaksiyalara yol açıb.

Alyaska ştatının Kunau şəhərindəki Bartlett Bölgə Xəstəxanasından gələn açıqlamada vaksinasiyadan 10 dəqiqə sonra allergik reaksiyaların başladığı qeyd edilib. Buna rəğmən, səhiyyə işçilərinin vəziyyəti yaxşıdır və sağalmaq üzrədirlər.

Qeyd edək ki, İngiltərədə də ötən həftə bənzər durum qeydə alınmışdı. Lakin Dərman və Tibbi Ləvazimatlara Müşahidə Qurumu qida və dərmanlara qarşı allergik reaksiyası olanlara peyvənd vurulmamasını tövsiyə etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm