Sağlamlıq
Qanı durultmaq üçün 8 DƏRMANSIZ ÜSUL - VİDEO
Video əlavə olunub.
xxx
Qatı qan xüsusilə yaşlı insanlarda çox təhlükəli haldır. Qatı qan damarlarda trombların əmələ gəlməsinə səbəb olur.
Tromb damarın mənfəzini bağlaya bilər ki, bu da infarkt, insult və digər ağır pozulmaların inkişafına səbəb ola bilər. Qanı durulaşdırmaq üçün nə etmək lazımdır? Həkimlər xüsusi dərman preparatlarını təyin edir. Lakin bunu dərmansız da etmək mümkündür.
Publika.az oxucularını tanınmış rusiyalı həkim-revmatoloq Pavel Yevdokimenkonun tövsiyələri ilə tanış edir:
1. Hər gün 1-1,5 l adi su için. Səhəri 1 stəkan ilıq su ilə başlayın. Bu həm qanı duruldur, həm mübadilə proseslərini sürətləndirir, həm də bağırsaqları işlədir.
2. Fiziki aktivliyinizi artırın.
3. Duz, qəhvə və spirtli içkilərinin qəbulunu minimuma azaldın.
4. Hirudoterapiya (zəli ilə müalicə) qanı çox yaxşı duruldur. Zəli qana xüsusi bioloji-aktiv maddələri ifraz edir ki, bu maddələr qanı duruldur. Lakin bu üsul hamıya uyğun gəlmir. Hirudoterapiyanı tətbiq etdikdən əvvəl qan analizini vermək lazımdır. Məsələn, qanda hemoqlobin aşağıdırsa, hirudoterapiya istifadə olunmur.
5. Sarımsaq, şüyüd, kərəviz, cəfəri qanı çox yaxşı duruldur.
6. Siqaret çəkməkdən imtina edin.
7. Şəkər və şirniyyatların qəbulunu minimuma azaldın.
8. Həyatınızda stressin səviyyəsini azaldın. Stress qanı qatılaşdıran əsas faktorlardan biridir. / "Saglamolun"
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi













.jpg)

















.jpg)



