Sağlamlıq
Ekspert: "Avqustda Avropada “Delta” ştammı dominant olacaq"
"Koronavirusun “Delta” variantı digərlərini sürətlə üstələyərək ölüm sayının artmasına gətirib çıxarır. Proqnozlara görə, avqust ayınadək Avropada “Delta” ştammı dominant olacaq".
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun sədri Hans Kluge onlayn brifinq zamanı bildirib.
Ekspertin dediyinə görə, Avropada əhalinin tam peyvənd olunması yayın sonuna kimi mümkün olmayacaq. Çünki əhalinin 63 faizi hələ peyvəndin ilk dozasını gözləyir. Digər tərəfdən, həmin vaxtadək məhdudiyyətlər azaldılacaq, buna görə də gediş-gəliş və toplantıların sayı artacaq.
Təşkilat rəsmisi peyvəndləmə işlərini diqqətdən kənar qoymamağın vacibliyini də qeyd edib: “Peyvəndləmədə gecikmələr insan həyatı bahasına başa gəlir. Bu işlər nə qədər ləng getsə, virusun variantları da bir o qədər çox olacaq”. (report)
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu