Sağlamlıq
İki stəkan süd, 3-4 əncir: 10 dərdə dərman olan MÖCÜZƏ
İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik.
Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?
Publika.az xəbər verir ki, əncirin insan sağlamlığına möcüzəvi faydaları ilə yanaşı, qurudulmuş ənciri südün içərisində saxlayıb içmək iki qat daha faydalıdır. Südlü əncirin insan sağlamlığı üçün möcüzəvi təsiri haqqında maraqlı faktları təqdim edir:
Əncirlə südün birlikdə qarışımından alınan ləziz qida orqanizmi zəngin vitaminlərlə təmin etməkdən əlavə qəbizlik, öskürək, boğaz ağrısı kimi bir çox xəstəliklərin də qarşısını alır.
Qəbizlik üçün əncirli südü necə istifadə etməli?
Südü qazın üzərində qaynadın. Qaynayan südün içərisinə 3 və ya 4 ədəd əncir qurusu əlavə edib qarışdırın. Əncirlə birlikdə 5 dəqiqə qaynatdıqdan sonra, qarışımı blenderdən keçirin. Pürə halına gəldikdən sonra qatı halda olan qarışımı ilıq vəziyyətdə için. Bu qarışımı həftədə 2 dəfə etməniz kifayətdir. Ən az 1 ay sonra qəbizlik probleminə vida edəcəksiniz.
Öskürək üçün əncirli südün hazırlanma qaydası
Ümumiyyətlə əncir tərkibindəki vitaminlər sayəsində sinəni yumşaldaraq soyuqdəymə zamanı yaranan problemləri aradan qaldırır. Bronxit və öskürək kimi sağlamlıq problemlərində, bəlğəmli öskürək zamanı çox faydalıdır. İki su stəkanı qaynadılmamış (çiy) südün içərisinə 2 ədəd əncir qurusu doğrayın. Qazda 20-30 dəqiqə qaynatdıqdan sonra, isti halda için. Bu qarışımı vəziyyətdən asılı olaraq gün ərzində 2 dəfə qəbul etmək olar.
Əncirli süd qarışımı boğaz ağrısının da dərmanıdır:
2-3 ədəd əncir qurusunu 2 çay qaşığı balla birlikdə isti suda qarışdırın. Çay əvəzinə gündə 2 dəfə bu qarışımı hazırlayıb içmək boğaz ağrısının təbii dərmanıdır.
Əgər siz ağartı məhsullarından istifadə edə bilmirsizsə, süd içə bilmirsinizsə, qurudulmuş əncir yeyin. Onların tərkibindəki vitaminlər orqanizmi, kalsium, fosforla təmin edir. Gün ərzində 3 ədəd quru əncir yemək tövsiyə edilir. (Medicina.az)
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

