Sağlamlıq
Antibiotiklər ömür müddətinə necə təsir edir?
Ömrünüz yalnız antibiotiklərin özündən deyil, həm də bir insanın onları necə qəbul etməsindən də təsirlənir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunu avstraliyalı alimlər Cell Reports jurnalında dərc olunan məqalələrində qeyd ediblər.
Flinders Universiteti, Cənubi Avstraliya Sağlamlıq və Tibbi Araşdırma İnstitutunun tədqiqatçıları bu qənaətə gəlib ki, antibiotik qəbul etdikdən sonra bağırsağı yenidən dolduran mikrobioma növü ömrü qısaldır. Tədqiqat siçanlar üzərində aparılıb. Qeyd olunub ki, sağlam heyvanlarda antibiotiklərin uzunmüddətli təsirini öyrənmək üçün bu, aparılan tip ilk təcrübi işdir.
“Antibiotiklərin erkən yaşlarda istifadəsi nəticəsində bağırsaq mikrobiomunun necə dəyişdiyini siçanlarda izlədik. Gördük ki, antibiotiklərə uzun müddət məruz qalan bağırsaq mikrobiomunun növ müxtəlifliyi xeyli tükənib, əvəzində bağırsaqlarda mikrob “yuvaları” meydana gəlib. İlk növləri şərti olaraq PAM I və PAM II adlandırılıb” , - tədqiqat rəhbəri professor Devid Linn bildirib.
Antibiotiklərin təsiri ilə siçanlarda metabolik disfunksiya, həmçinin qanda, qaraciyər və beyin də daxil olmaqla bir çox fərqli toxumalarda iltihab əhəmiyyətli dərəcədə yüksəlib, insulin müqavimətinin artdığı qeydə alınıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
