Sağlamlıq
Koronavirus qan dövranı sistemini belə zədələyir
Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir.
Publika.az xəbər verir ki, Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir.
“COVID-19 xəstələrində tənəffüs problemlərinin inkişafından əvvəl ağciyər sisteminin damar toxumasının iltihabı başlayır. Bu, insultun və qan dövranı pozğunluqları ilə əlaqəli digər ağırlaşmaların tez-tez baş vermə səbəbini izah edir. Əldə edilən məlumatlara əsaslanaraq, COVID-19-un soyuqdəymə və ya qripə bərabər ola bilməyəcəyi qənaətinə gəldik” , - “Journal Circulation Research” elmi jurnalında dərc olunan tədqiqat nəticələrində qeyd olunub.
O da əlavə olunub ki, virusun “tacını” əmələ gətirən sünbül zülalı hüceyrələrin mitokondriyasını zədələyir və bu da damar endotelinin və damar divarlarının zədələnməsinə səbəb olur. Xəstəliyin ağır formalarında damarlarda qan laxtaları əmələ gəlir ki, bu da ölümə səbəb olur.
Aytən Məftun
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)