Sağlamlıq
Bu dərmanlar koronavirusu daha da azğınlaşdırır
Koronavirusun dərmanlarla müalicəsi, həmçinin antikorlarla plazma istifadəsi yeni ştammların və mutasiyaların yaranmasına səbəb olur.
Publika.az Medicina.az-a istinadən xəbər verir ki, professor Ança Baranova İngiltərədəki koronavirus mutasiyasının daha yoluxucu olduğunu deyib. Bununla birlikdə bioloq xatırladıb ki, patogenin dəyişikliklərə uğraması insanın daxilində uzun müddət qalıb inkişaf etməsi və təkamülü nəticəsində baş verir. Bu prosesi isə müalicədə istifadə olunan dərmanlar daha da sürətləndirir.
Baranovanın dediyinə görə, xəstənin bədənində virusun uzun müddət olması immunitetin azaldığını göstərir:
"HİV və ya orqan köçürülməsi vəziyyətində həkimlər bunu dərman vasitəsi ilə basdırırlar. Bu cür terapiyanın istifadəsi düzgündür, ancaq virusun bədəndə daha çox qalmasına şərait yaradır. Bədənin virusu təmizləməsi üçün çox vaxt lazımdır. Mutasiyalar spesifik müalicədən də, məsələn, çox sayda antikor olan plazma istifadəsindən də təsirlənir.
Koronavirusla mübarizədə istifadə olunan “Areplivir”, “Coronavir” və ya “Remdesivir” kimi məşhur dərmanlar zəif patogenləri məhv edir, güclü olanlarsa, bədəndə qalır və inkişafına davam edir. Sonra sağalmış serumu əlavə edirik; standart bütöv virusları vuracağıq, lakin perspektivli mutantlar qalacaq və dünyaya yayılacaq”.
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov


















.jpg)
.jpg)


















