Sağlamlıq
Havanın çirklənməsi 100 min insanın ölümünə səbəb oldu
Beynəlxalq alimlər qrupu tropik şəhərlərdə havanın çirklənməsinin 100 mindən çox insanın ölümünə səbəb olduğunu müəyyən edib.
Publika.az xəbər verir ki, bu barədə “Science Advances” jurnalında dərc olunan məqalədə deyilir.
Tədqiqatçılar 2005-ci ildən 2018-ci ilə qədər NASA və Avropa Kosmik Agentliyinin peyklərindəki alətlərdən istifadə etməklə Afrika, Asiya və Yaxın Şərqdə 46 metropoliya ərazisi üçün hava keyfiyyəti məlumatlarını təhlil ediblər. Mütəxəssislər bütün şəhərlərdə sağlamlığa birbaşa təhlükə yaradan çirkləndiricilərin tərkibində illik əhəmiyyətli artım aşkar ediblər. Məsələn, azot dioksid 14 faiz, incə hissəciklər 8 faiz, ammonyak 12 faiz, uçucu üzvi birləşmələr 11 faiz artıb.
Bu, yeni sənaye mənbələri, eləcə də nəqliyyat, zibil yandırma, kömür və yanacaq odununun geniş yayılması səbəbindən havanın keyfiyyətinin sürətlə pisləşməsi ilə əlaqədardır. Alimlər həmçinin azot dioksid emissiyalarına görə 46 şəhərdən 40-da və PM2.5 hissəcikləri emissiyalarına görə 46 şəhərdən 33-də şəhər havasının çirklənməsinə məruz qalmanın 1,5-4 dəfə artdığını müəyyənləşdirib.
Havanın çirklənməsi nəticəsində erkən ölüm halları ən çox Cənubi Asiya şəhərlərində, xüsusilə Dəkkə, Banqladeşdə (24 000) və Hindistanın Mumbay, Banqalor, Kəlküttə, Heydərabad, Çennai, Surat, Pune və Əhmədabad şəhərlərində (100 000 nəfər) olub.
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...












.jpg)






















.jpg)


