Sağlamlıq
Gəncliyin sirri tapıldı
Kembric Universitetinin tədqiqatçıları apardıqları araşdırma nəticəsində müəyyən ediblər ki, dəri hüceyrələrini 30 il geriyə çevirmək mümkündür.
Publika.az-ın xəbərinə görə, araşdırma zamanı qocalmış hüceyrələr kollagen istehsal edən dəri hüceyrələrinin xarakterik xüsusiyyətlərini bərpa edib. Mütəxəssislər deyirlər ki, onların kəşfi qocalmanın müalicəsində məqsədyönlü yanaşmaya gətirib çıxara bilər.
Təcrübələrdə qocalmış hüceyrələr daha çox bədəni bir yerdə saxlayan və güclü protein olan kollagen istehsal edən fibroblast adlanan dəri hüceyrələrinə bənzəyirdi. İnsan dərisindəki fibroblastların sayı yaşla birlikdə tədricən azalır. Bu hüceyrələr də yaşlandıqca qırışır.
“Life” jurnalında dərc edilən araşdırmada qeyd olunub ki, insanlar yaşlandıqca onların hüceyrələrinin fəaliyyət qabiliyyəti azalır və qocalma əlamətləri özünü göstərməyə başlayır. Köhnələr də daxil olmaqla hüceyrələri bərpa etmək və ya dəyişdirmək məqsədi daşıyan regenerativ biologiyadan istifadə edərək tədqiqatçılar bu sahədə ən vacib vasitələrdən biri olan “stimullaşdırılmış” kök hüceyrələri yaratmağa cəhd ediblər.
Araşdırmanın rəhbəri Dilci Gilin sözlərinə görə, əldə edilən nəticələr hüceyrənin yenidən proqramlaşdırılması mövzusunda irəliyə doğru böyük bir addımdır: “Hüceyrələrin funksiyasını itirmədən cavanlaşa biləcəyini və cavanlaşmanın bəzi funksiyalarının köhnə hüceyrələrə qaytarmaq mümkün olduğunu sübut etdik. Xəstəliklərlə əlaqəli genlərdə yaşlanma göstəricilərinin əksini də gördük, bu, tədqiqatın gələcəyi üçün xüsusilə ümidvericidir”.
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO






































