Sağlamlıq
Pediatrdan XƏBƏRDARLIQ: - Bakteriyalar ölmür, sonra daha da aktivləşir
Pediatr Aytən İsmayılzadə bildirib ki, yalnız vacib hallarda pasiyentə antibiotik təyin edilir. Lakin bu zaman bir çox məsələləri diqqətdə saxlamalısınız.
Publika.az həkimin antibiotiklə bağlı tövsiyələrini təqdim edir:
1. Qısa kurs keçmək olmaz. Minimum 5 gün verilməlidir. Həkim yazıb, amma siz qısa kurs keçirsiniz və hesab edirsiniz ki, bədənə az zərər vermiş olursunuz. Amma belə deyil. Qısa kursda bakteriyalar ölmür, süstləşir, bir müddət sonra isə daha aktiv baş qaldırır.
2. Antibiotik üç gün verildisə və heç bir effekti olmadısa, dəyişdirilməlidir. Bunu ona görə qeyd edirəm ki, həkim bu addımı atanda nə üçün etdiyini biləsiniz. Bir növ antibiotik təsir etməyəndə digəri verilməlidir.
3. Antibiotikdən sonra probiotik təyin etməyi həkim unudubsa və ya lazım bilməyibsə, siz valideynlər probiotik verin. Probiotik tərkibində bifidum bakteriya və laktobakteriyaların olması kifayətdir. Probiotik verilmədikdə növbəti xəstəliyə qarşı immunitet zəifləmiş olur.
4. Beş və ya yeddi günlük antibiotik təyini zamanı göbələk əleyhinə dərman lazım deyil. Ağır xəstəliklər zamanı iki həftədən çox və bir neçə amtibiotik istifadə edildikdə göbələk əleyhinə verilir. Göbələk əleyhinə dərmanların qaraciyərə mənfi təsirli olduğunu unutmayın.
5. Su qatıb düzəldilmiş antibiotik suspenziyaları soyuducuda saxlanmalı və 14 gündən sonra atılmalıdır.
6. Əgər uşaq antibiotiki sirop şəklində içməkdən imtina edirsə, bu zaman inyeksiya (iynə) şəklində formaya keçmək daha ağır amtibiotik vermək anlamına gəlmir.
7. Əgər uşaq antibiotik suspenziyanı qaytarırsa, dozanı iki dəfəyə vermək olar.
8. Əgər vəziyyət həqiqətən də antibiotik təyinatını tələb edirsə, bu zaman onların zərərlərini müzakirə etməyə dəyməz.
9. Hərarət yüksələndə antibiotik təyin edilməz.
10. Otit, sistit, piodermiya və s. kimi hərarətsiz hallarda da antibiotik təyin edilir. Yəni antibiotik təyini üçün davamlı hərarətin olması şərt deyil.
11. Yüksək hərarətli ilk üç gündə ağırlaşma ( məsələn, irinli angina) yoxdursa, antibiotik təyin edilmir.
12. Yerli təyin olunan antibiotiklərin ( gözə, dəriyə) bədənə umumi mənfi təsiri yoxdur.
-
Nida Xəbər 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü

























.jpg)







.jpg)

.jpg)