Sağlamlıq
Buz kimi su içməyin ağır fəsadları
Yayın qızmar istisində insanlar daha çox soyuq yemək və soyuq içkilər qəbul etməyə meylli olurlar. Amma çox adam bilmir ki, bu vərdiş ağır nəticələrə səbəb ola bilər. Xüsusilə vətəndaşlar temperaturun kəskin düşməsi səbəbindən termorequlyasiya və tərləmə proseslərinin pozulması ilə üzləşə bilər.
Publika.az xəbər verir ki, bu barədə qastroenteroloq, terapevt Şota Kalandiya danışıb. O, bildirib ki, istidə tez-tez dondurma yemək yuxarı tənəffüs yollarının kəskin soyumasına, nəticədə soyuqdəymə və kəskin respirator infeksiyaların yaranmasına gətirib çıxarır.
“Bundan başqa, istidə soyuq su damarlarda çox ciddi, hətta ölümlə nəticələnən spazma yarada bilər. Angina, bronxit və pnevmoniya şəklində ağırlaşmalar da mümkündür. Bundan əlavə, çox soyuq sudan, soyuq və qazlı içkilərdən istifadə kəskin respirator xəstəliklərin inkişafına və qulaq-burun-boğaz orqanlarının xroniki xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Həddindən artıq soyuq içkilər və ya buzlu su mədədə həzm prosesi zamanı qida maddələrinin təbii udulması prosesini də çətinləşdirir”, - həkim “Gazeta.ru”-ya bildirib.
“Soyuq içkini içməzdən əvvəl onun temperaturunu dodaqlarınızla dadaraq qiymətləndirmək tövsiyə olunur. Çox soyuqdursa, uyğun temperatura düşənə qədər gözləyin”, - həkim məsləhət görüb.
Kalandia soyuq içkiləri ilıq çay, şəkərsiz qurudulmuş meyvə kompotu və ya təzə giləmeyvə, meyvə və tərəvəz şirələri ilə əvəz etməyi məsləhət görür. Tüpürcək ifrazının artması səbəbindən limon və laym kimi turşulu qidalar bədənin maye ehtiyacını azaldır, buna görə isti havalarda onları yeməyə, çaya, suya və ya salatlara əlavə etmək tövsiyə olunur.
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
-
Dünya10:18Trampdan Netanyahuya: Sizi orada istəmirlər, çıxın








































