Sağlamlıq
Moruq mürəbbəsinin heç bir faydası yoxdur! – Həkim açıqladı
Moruq mürəbbəsinin sağlamlığa faydaları həddən artıq şişirdilir, amma dondurulmuş və ya qurudulmuş moruq barədə eyni sözü demək olmaz.
Publika.az xəbər verir ki ki, diyetoloq Yuliya Xoxolkova Sankt-Peterburq telekanalına müsahibəsində bu giləmeyvədən maksimum fayda əldə etməyin yollarını izah edib.
Moruq ən faydalı və populyar yay giləmeyvələrindən biridir, immuniteti gücləndirir, əhval-ruhiyyəni qaldırır və damarların işinə kömək edir. Bununla belə, qidalanma mütəxəssisi xəbərdarlıq edib ki, məhsul təzə olarkən bütün xüsusiyyətlər qorunur. Lakin bişirildikdə və ya konservasiya olunduqda giləmeyvə ətirini və dadını saxlasa da, faydalarından məhrum olur. Odur ki, ekspert soyuqdəymə üçün mövsümdə təzə moruq yeməyi, payız-qış dövründə isə təzə dondurulmuş və ya dondurulmuş və qurudulmuşdan istifadə etməyi məsləhət görür.
“Moruq mürəbbəsi giləmeyvənin bütün faydalı təsirinin demək olar ki, itirilmiş versiyasıdır. Soyuqdəymə ilə mübarizədə moruq mürəbbəsinin rolu həddən artıq şişiridilir, lakin onu dondurulmuş və ya qurudulmuş şəklində istifadə etmək daha yaxşıdır”, - mütəxəssis qeyd edib.
Aytən Məftun
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO














.jpg)




















