Sağlamlıq
Maddələr mübadiləsini sürətləndirməyin ÜÇ YOLU
Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov “Rossiya 1” telekanalının efirində maddələr mübadiləsini sürətləndirməyin üç yolunu açıqlayıb.
Publika.az xəbər evrir ki, onun fikrincə, maddələr mübadiləsi həyat boyu dəyişə bilər və bir çox amillərdən asılıdır.
“Əgər siz xroniki olaraq yuxusuzsunuzsa və ya hər zaman çox yatırsınızsa, bunun səbəbini başa düşməlisiniz. Yeri gəlmişkən, bu depressiyanın əlamətlərindən biridir”, - Myasnikov izah edib.
Onun sözlərinə görə, rejimə riayət etmək və gündə ən azı yeddi saat yatmaq vacibdir.
Maddələr mübadiləsi müxtəlif ədviyyatlardan da təsirlənə bilər, lakin onlardan istifadə etməzdən əvvəl həkimə müraciət etmək lazımdır. Maddələr mübadiləsini artırmaq üçün Myasnikov şəkər və duz yeməyi dayandırmağı məsləhət görür.
Teleaparıcı ac qalmamağı tövsiyə edib, çünki bu, əks effekt verə bilər. “Sən acsan – maddələr mübadiləsi dərhal dəyişir.”, - Myasnikov bildirib. Maddələr mübadiləsinin yavaşlaması səbəbindən kalorilər daha yavaş yandırılmağa başlayır, buna görə də həddindən artıq pəhrizlər, stereotiplərin əksinə olaraq, çəki artımına səbəb olur.
Murad
-
Qoroskop01:40Günün ulduz falı: keçmişdən gələn mövzu yenidən qapını döyə bilər
-
ABŞ00:15İranı bir saat ərzində məhv edə bilərdik - Tramp
-
Kriminal11 Mart 21:51Könül Həmzəyeva saxlanıldı
-
Nəqliyyat11 Mart 21:26Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik
-
Kriminal11 Mart 21:13Bakıda əl enerjisi ilə "müalicə" edən "həkim" saxlanıldı
-
Magazin111 Mart 20:48İTV-dən "Avroviziya" mahnımızla bağlı tənqidlərə cavab
-
Rəsmi xronika11 Mart 20:36Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto/Yeniləndi
-
İnanc11 Mart 19:40Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı










.jpg)




























