Sağlamlıq
Liposaksiya əməliyyatında QORXUNC FAKTLAR
Liposaksiya xəstəni yağ hüceyrələrindən təmizləmək üsuludur. Əməliyyat xüsusi kanüllərdən istifadə edilərək kiçik dəri dəlikləri vasitəsilə həyata keçirilir. Bir çoxları hesab edir ki, prosedur arıqlamaq üçün effektiv üsuldur, lakin əsas məsələ əməliyyatdan sonra başlayır.
Publika.az xəbər verir ki, bu sözləri plastik cərrah Vitali Timoşenko deyib və liposaksiya ilə bağlı hər kəsi maraqlandıran suallara cavab verib.
"Liposaksiya arıqlamaq üsulu deyil, əksər xəstələr səhv edirlər. Bəli, bir neçə mərhələdə həyata keçirilən liposaksiyanın köməyi ilə siz xeyli arıqlaya bilərsiniz, lakin orqanizm öz çəkisini geri qaytarmağa çalışacaq. Hətta mümkündür ki, liposaksiya edilməmiş başqa nahiyələrdə də artıq piylər yığılsın.
Əməliyyatın əsas vəzifəsi bədənin konturlarını düzəltmək və başqa üsullarla əridilməsi mümkün olmayan yerləri işləməkdir. Çox vaxt belə yerlərdə dəri artıqlığı da olur və xəstələr əməliyyatdan sonra onun sallanmasından narahat olurlar. Dərimiz uyğunlaşa bilir və liposaksiyadan sonra sıxlaşmağa başlayır. Lakin bütün bunlar çox fərdidir, hər xəstədə eyni effekti əldə etməyə bilərik. Xəstələr arasında liposaksiyanın piylənməni müalicə etdiyinə dair fikirlər var. Qeyd edim ki, belə deyil. Piylənmə bədənin müxtəlif nahiyələrinin dərialtı qatında piy toxumasının həddindən artıq yığılması nəticəsində yaranan problemdir, həmçinin daxili orqanların ətrafında piylənmə də öz növbəsində orqanizmdə müxtəlif pozğunluqlara səbəb olur”, - deyə həkim bildirib.
Ekspert xatırladıb ki, piylənmə orqanizmin kompleks problemidir. Ona görə də bunu təkcə cərrahla müalicə etmək yox, həm də həyat tərzinizi dəyişmək, pəhrizinizi tənzimləmək, idmanla məşğul olmaq lazımdır. Həkimin sözlərinə görə, liposaksiya selüliti aradan qaldırmır. Timoşenko qeyd edib ki, prosedur onu daha az nəzərə çarpan edə bilər, lakin təsirli nəticəni yalnız masaj və masaj aparatları ilə əldə etmək mümkündür.
"Bədəni arzuolunan formaya gətirmək üçün işin çoxunu plastik cərrah görsə belə, əməliyyatdan sonra xəstə özünü qorumalıdır ki, gözəl və incə bədən quruluşunu itirməsin", - deyə həkim sonda vurğulayıb.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































