Sağlamlıq
Antibiotik qəbul edənlərə xəbərdarlıq: Bunları yeyin ki...
Antibiotiklər bağırsaqlara təsir edən faydalı mikrofloranın inkişafına mənfi təsir göstərir, odur ki, müalicədə bu dərmanları qəbul etməli olsanız, xüsusi bir pəhrizə riayət etmək vacibdir.
Publika.az xəbər verir ki, bu barədə “Вечерняя Москва” nəşrinə müsahibəsində diyetoloq, tibb elmləri namizədi, Milli Diyetoloqlar və Nutritionistlər Assosiasiyasının üzvü Dariya Rusakova məlumat verib. O qeyd edib ki, antibiotiklərin qəbulu zamanı yağlı, qızardılmış, ağır və çoxkomponentli qidalardan imtina etmək lazımdır.
"Dərman qəbul etdikdən sonrakı dövrdə bədəni dəstəkləmək və onu vitaminlər, minerallar və antioksidantlarla təmin etmək tövsiyə olunur. Onlar təbii mikrofloranı yaxşılaşdırmağa kömək edəcək", - ekspert qeyd edib.
Rusakovanın sözlərinə görə bərpa dövründə rasiona yağsız ət, balıq, toyuq əti, tərəvəz, meyvə, dənli bitkilər, tam taxıl və yumurta kimi məhsullar daxil edilməlidir. Bu vəziyyətdə qaynadılmış və ya buxarda hazırlanmış yeməklərə üstünlük verilməlidi. Eyni zamanda meyvə və tərəvəzləri də buxarda bişirmək tövsiyə olunur. Həkim qeyd edib ki, antibiotiklər mədə-bağırsaq traktını qıcıqlandırır və qastritin inkişafına səbəb ola bilər, meyvə turşuları isə mədə mukozasına mənfi təsir göstərir.
Aytən Məftun
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)