Sağlamlıq
ŞOK ARAŞDIRMA: "Narahatlıq və qəzəb uğura aparır, amma..."
Məqsədlərimizə çatmaq üçün narahatlıq və qəzəb kimi mənfi emosiyalardan istifadə etmək, müsbət hisslərdən istifadə etməkdən daha çox uğura gətirib çıxara bilər. Bu, ancaq sağlamlığımız bahasına başa gəlir.
Publika.az xəbər verir ki, bu barədə İngiltərədəki Essex Universitetinin alimlərinin yeni araşdırmasında deyilir.
Mindən çox tələbə və müxtəlif şirkətlərin əməkdaşının iştirak etdiyi eksperimentdə ekspertlər həyatda uğura təsir edən 12 emosiya müəyyən ediblər. Onlar müəyyən ediblər ki, narahatlıq və qəzəb ümid və həzz kimi mühüm vəzifələr üçün böyük enerji mənbəyidir.

Lakin, müsbət emosiyalardan fərqli olaraq, onlar strateji düşüncənin olmaması, artan stress səviyyələri və davamlı baş ağrıları, ürəkbulanma, bel ağrısı və yuxu pozğunluğu kimi sağlamlıq üçün xoşagəlməz təsirlərlə əlaqələndirilir.
"Biz gördük ki, narahatlıq və qəzəb bizi bəzən müsbət emosiyalardan daha çox motivasiya edə bilər. Lakin onların tez-tez istifadəsi psixi sağlamlıq və immunitet sistemində problemlərə səbəb ola bilər. Biz həmçinin gördük ki, ümid uzunmüddətli xoşbəxtlik üçün ən sağlam motivasiyadır", - tədqiqat qrupunun rəhbəri Prof. Reinhard Pekrun deyib.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı



































