Sağlamlıq
Beyin hüceyrələrini öldürən QİDALAR
Bəzi qidalar bədənimizə xeyirdən çox zərər vurur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dietoloqlar mağazada satılan hazır və ya şəkərli qidaların çoxunun beyin hüceyrələri üzərində olduqca mənfi təsirə malik olduğunu bildiriblər. Bu ərzaqlardan bəzilərini təqdim edirik:
Şəkərli qidalar həm çəkinin artmasına səbəb olur, həm də yaddaş zəifliyinə gətirib çıxarır.
Alkoqolun uzun müddətdə qəbulu qaraciyəri sıradan çıxarmaqla yanaşı, beyində zehni yorğunluğa və diqqətin zəifləməsinə səbəb olur.
Qızarmış yeməklərin piylənmə ilə birbaşa əlaqəsi olduğu məlumdur. Lakin mütəxəsssilər bu qidaların beyin hüceyrələrini yavaş-yavaş öldürdüyü qənaətindədir. Bəzi yağlar digərlərinə görə daha təhlükəlidir. Məsələn, çox qızdırılmış günəbaxan yağı ən zəhərli yağlardan hesab edilir. Dəfələrlə istifadə edilmiş yağlarda bişən yeməklər altsheymer xəstəliyi və beyin xərçəngi riskini artırır.
Çox duzlu yeməklər qan təzyiqini artırır və ürəyə ciddi ziyan vurur. Belə qidalar beyin qan dövranını pozur və nəticədə yaddaş problemi yaranır.
Süni şirinləşdirircilər arıqlamağa çalışan insanların ən çox istifadə etdiyi ərzaqdır. Bu şəkərəvəzedicilərin kalorisi az olsa da, xeyrindən çox ziyanı var. Belə ki, uzun müddət istifadəsi beyində ciddi problemlərə və göz xəstəliklərinə səbəb olur.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































