Bu mif də dağıldı: Xlor suyu təmizləmirmiş
Bizi izləyin

Sağlamlıq

Bu mif də dağıldı: Xlor suyu təmizləmirmiş

Lund Universitetinin isveçli alimləri suyun təmizlənməsi üçün xlorun zəruri olduğu fikrini təkzib ediblər.

Publika.az xəbər verir ki, bu barədə aparılan araşdırma nəticələri "Npj Clean Water" jurnalında dərc olunub. Nəticələr göstərib ki, xlor təmizləyici sistemdən çıxarıldıqdan sonra nümunələrdə yırtıcı, lakin insanlar üçün zərərsiz olan bakteriya koloniyalarının sayı artır və onlar digər mikroorqanizmlərin əksəriyyətini udurlar.

Çox vaxt su bir neçə mərhələdə təmizlənir. Şirkətin növündən asılı olaraq, müxtəlif növ filtrlər və ultrabənövşəyi işıq istifadə olunur, lakin son addım demək olar ki, həmişə xlorun əlavə edilməsidir. Tədqiqatın aparıldığı şəhər - Varberqdə 2020-ci ildə göllərdən və yeraltı sulardan zərərli mikroorqanizmlərin daxil olmasına faktiki olaraq mane olan yeni filtrlər quraşdırdıqdan sonra su təchizatına xlor əlavə etmək dayandırılıb.

Komanda altı ay ərzində su nümunələrini toplayıb və xlorun istifadəsini dayandırmazdan əvvəl və sonra onların analizini aparıb. Bütün yerli mikrobiom bakterial DNT əsasında müəyyən edilib. Bir il sonra müəlliflər mikrobiomun necə dəyişdiyini müəyyən etmək üçün yeni nümunələr götürüblər. Məlum olub ki, xlorsuz üçüncü ayda bəzi bakteriyaların sayı kəskin şəkildə azalıb. Bununla yanaşı, insanlar üçün zərərsiz, lakin digər mikroorqanizmləri məhv edən yırtıcı Bdellovibrio bakteriyalarının sayı artıb. Çox güman ki, bu koloniya əvvəllər biofilmdə gizlənib.

Mütəxəssislər belə qənaətə gəliblər ki, xlorsuz, təhlükəsiz və təmiz içməli su əldə etmək mümkündür. Sınaqlar insanlarda riskin artdığını göstərməyib, lakin qəti nəticələr üçün daha çox araşdırma tələb olunacaq.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm