Çin virusu haqqındakı mif dağıldı
Bizi izləyin

Sağlamlıq

Çin virusu haqqındakı mif dağıldı

Mediada Çin virusu haqqında bizi qorxuya salan xəbərlər yayılsa da, belə bir virus mövcud deyil.

Publika.az xəbər verir ki, bu barədə NSN-ə Viral İnfeksiyaların Profilaktikası və Müalicəsi üzrə Elmi İnformasiya Mərkəzinin direktoru Georgi Vikulov məlumat verib.

Onun sözlərinə görə, pnevmoniyanın dövri yayılması normaldır. Çində xəstəxanalar noyabr ayından bəri həddindən artıq dolub və ilk olaraq uşaqlara təsir edib. Hazırda Danimarka, Fransa, Hollandiya və Amerikanın Ohayo əyalətində də yoluxma artımı qeydə alınıb. Ekspert izah edib ki, söhbət "Mycoplasma pneumoniae" bakteriyasının törətdiyi mikoplazma pnevmoniyasından gedir.

"Jurnalistlər informasiya sahəsini təhrif edirlər. Çində və ya beynəlxalq virusoloqlardan, nə də bizim tərəfdən heç bir təsdiq olmasa da, Çində yeni virusun meydana gəldiyini iddia edirlər. Mikoplazma infeksiyası, qrip və koronavirus yayılmaqda davam edir, təəccüblü heç nə yoxdur". - Vikulov qeyd edib.

Onun sözlərinə görə, təkcə 300-dən çox tənəffüs yoluxucu patogen var və pnevmoniya COVİD-19-dan əvvəl mövcud olan bakterial, viral və ya qarışıq növ ola bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm