Sağlamlıq
Bu məhsulların tərkibinə həşərat tozları qatılır
Bəzi məhsulların tərkibinə qatılan həşərat əlavələri ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə bioloq Olqa Trofimova “İzvestiya” qəzetinə müsahibəsində danışıb.
O bildirib ki, Rusiyada 2023-cü ildən etibarən rəsmi olaraq qara milçək sürfələrinin yetişdirilməsinə icazə verilir.
""Milçək yeməyi" olan məhsulların mağazalarda və pəhrizimizdə görünməsi bəlkə də an məsələsidir. Bu təhlükəlidir, ya yox? Qida məhsullarında həşəratlardan istifadə onların tərkibində sellülozaya oxşar olan xitinin tərkibi ilə bağlıdır. Həşəratlarla zəngin qidaların geniş şəkildə tətbiqi sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər. Parlaq qırmızı boya olan karmin kaktuslarda yaşayan kiçik koxineal həşəratlardan əldə edilir. Adətən E120 ilə etiketləyirlər. Bu boya qırmızı, narıncı və ya bənövşəyi rəng yarada bilər. Karmin ət məhsulları, süd, qənnadı məmulatları, balıq emalı sənayesi, alkoqollu və alkoqolsuz içkilərin istehsalında istifadə olunur. O, həmçinin delikateslərdə, marmeladda, mürəbbə və jelelərdə, konservlərdə, qiymələrdə, souslarda istifadə olunur", - mütəxəssis qeyd edib.
Qida sənayesində uzun müddət istifadə edilən başqa bir həşərat əlavəsi şellakdır. Qablaşdırmada E904, həmçinin “şirniyyat şirəsi” kimi qeyd olunub. Şellak Tayland və Hindistandan gələn kiçik həşəratların tullantı məhsuludur, şüşə səthlər yaratmaq üçün istifadə olunur.
"Şellak dərman vasitələrində - tabletlər və drajelərdə istifadə olunur. Bu qida əlavəsi də zərərsiz sayılır. Yeganə təhlükə, digərlərində olduğu kimi, allergik reaksiyalardır", - Trofimova yekunda vurğulayıb.
Aytən
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı







































