Sağlamlıq
62 yaşlı kişinin 217 dəfə koronavirus peyvəndi vurdurduğu üzə çıxdı
Covid-19 peyvəndlərinin əks təsirləri bütün dünyada müzakirə olunmağa davam edərkən Almaniyada qəribə bir hadisə gündəmə gəlib.
Publika.az xəbər verir ki, Almaniyada yaşayan 62 yaşlı kişinin həkimlərin xəbərdarlıqlarına məhəl qoymayaraq nə az, nə çox, düz 217 dəfə koronavirus peyvəndi vurdurduğu üzə çıxıb.
Peyvəndlərin 29 ay ərzində özəl klinikalardan əldə olunduğu müəyyən edilib.
Erlangen-Nurember Universitetinin tədqiqatçıları sözügedən adamda heç bir problem olmadığını ifadə ediblər.
Universitetin Mikrobiologiya fakültəsindən Dr. Kilian Şober baş verənləri belə izah edib:
“Biz bu məsələni xəbərlərdən öyrəndik. Sonra həmin şəxslə əlaqə saxladıq və onu bəzi müayinələrdən keçirmək istədiyimizi bildirdik. O, böyük maraq göstərdi. Hətta biz tədqiqat apararkən, öz təkidi ilə ona yenidən koronavirus peyvəndi vuruldu”.
Dr. Kilian Şober qeyd edib ki, onlar immunitet sistemini bu qədər çox peyvəndə məruz qoymağın bəzi hüceyrələri yoracağından narahat olublar. Lakin tədqiqatlar zamanı 62 yaşlı kişidə belə bir hala rast gəlinməyib.
Onun Covid-19 keçirdiyinə dair də heç bir əlamət aşkarlanmayıb.
Mütəxəssislər həddən artıq peyvəndi tövsiyə etmədiklərini, həmçinin əldə olunan məlumatların ümumi nəticə çıxarmaq üçün kifayət etmədiyini vurğulayıblar. (Medicina.az)
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı























.jpg)


.jpg)
.webp)











